Güləş üzrə Avropa Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın üçüncü günündə qadınların mübarizəsinə start verilib.
Azərbaycan millisinin iki idmançısı xalçaya çıxıb. Onlardan biri yarımfinala yüksəlsə də, uduzub.
Bu gün həm də sərbəst güləşçilərin çıxışına yekun vurulub. Yığmamızın iki pəhləvanı finalda, biri bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayıb.
Güləşçilərimiz Bratislavadakı çempionatın ilk iki günündə 3 bürünc medal qazanıblar.
Sport1.az