"Real Madrid"in hücumçusu Rodriqo klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirdi.Sport1.az xəbər verir ki, braziliyalı futbolçu baş məşqçi Xabi Alonso ilə söhbətində klubda qalmaqdan məmnunluq bildirdiyini söylədi:
"Xabi bura gələndə, məni çağırdı və mənə "sol vinger kimi oynamaq istədiyini bilirəm amma başqa mövqelərdə də sənə ehtiyacım olacaq" dedi. Mən isə cavabında ona "hara istəyirsən qoy, mən bu komanda üçün əlimdən gələni edəcəm" dedim. Fərqi yoxdu, start oyunçusan yoxsa əvəzedici. Bütün gücünü komandaya həsr etməlisən. Mən belə düşünürəm. "Real Madrid" istədiyi müddətdəcə, heç yerə getməyəcəm. Bu klubu sevirəm".
Sport1.az