Tiflisdə cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gün başa çatacaq.Sport1.az xəbər verir ki, yarışın ilk iki günündə idmançılarımız medal qazana bilməyiblər.
Bu gün Gürcüstan paytaxtında kişilərdə üç (90 kq, 100 kq və +100 kq), qadınlarda isə iki (78 kq və +78 kq) çəki dərəcəsində qaliblər bəlli olacaq.
Azərbaycan cüdoçularından yalnız Elmar Qasımov qələbə uğrunda mübarizə aparıb.
100 kq
Elmar Qasımov ilk görüşdə İmeda Qoqoladzeyə (Gürcüstan) məğlub olub.
Sport1.az