Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.
Sport1.az xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb.
50 kq çəki dərəcəsində yarışan Anar Quliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda almaniyalı Yulius Kitanqavaya ipponla qalib gəlib.
Sport1.az