19:36 17.02.2026 44

“Konfrans Liqasında sonadək getmək niyyətindəyik” – Tahir Gözəl

"Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.


Sport1.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:


- Sabahkı oyundan gözləntiləriniz nədir?


- Bu gün harada olduğumuzu dərk etməliyik. Avropada yüksək liqada oynayan 850 klub var. Onların əksəriyyətinin büdcəsi bizdən qat-qat yüksəkdir. II Liqa klublarını da götürsək, onların bir çoxunun büdcəsi bizdən çoxdur. Demək olar ki, 2000-2500 klubun arasında ilk "24-lük"dəyik. Bu, doğrudan da möcüzədir. Hamımızda böyük qürur və özünəinam yaranmalıdır. "Qarabağ" son vaxtlar gərgin qrafikdə idi. İki dəfə Şamaxıda süni örrtükdə, Qubada gilin üstündə oyun keçirdik. Futbolçularımızda fiziki cəhətdən yorğunluq yaransa da, Qurban Qurbanovun dediyi kimi, "Qarabağ"da motivasiya ən yüksək səviyyədədir. Sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar. "Ayntraxt"la matçda 65-ci dəqiqədən sonra hücumlar edib qələbə qazandıq. İnanıram ki, sabah da belə olacaq. "Nyukasl" İngiltərənin fiziki cəhətdən ən yaxşı klublarından biridir. Büdcəsi 1milyard dollardır. Büdcə baxımından bizdən 50 qat öndədirlər. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan bir "Qarabağ" görəcəklər. Nəticənin necə olacağını bilmirəm. Arzum budur ki, oynadığı oyunla xalqın alqışını alan bir "Qarabağ" görək. Buralara baş məşqçimiz Qurban Qurbanovun, futbolçuların, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Sabah hamımız "Qarabağ"ın yanında olaq. İnşallah xalqımızı sevindirmək bizə qismət olar.


- Çempionlar Liqasından əldə olunan gəlirləri də nəzərə alsaq, gələn mövsüm üçün büdcənin artmaq ehtimalı var?


- Əlbəttə ki, artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq. Ona dəstək veririk. Hər mövqe üçün futbolçu axtarırıq. "Qarabağ" bazardadır, keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik. 


- "Nyukasl"la oyunlarda sizi qayğılandıran məqamlar var?


- Arzum budur ki, Bakıdakı oyunda qələbə qazanaq. Buradan qələbə ruhu ilə çıxsaq, İngiltərədə nəticə əldə edə bilərik.


- Yeni mövsümdə Çempionlar Liqasında iddianın davam etməsi üçün Premyer Liqada çempion olmaq lazımdır. Hazırda "Qarabağ" 2-ci pillədədir. Bu, sizi qayğılandırır?


- Yüz faiz. Əgər "Qarabağ"ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlarfutbolçularımız üçün çox ağırdır. Üç güündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. "Sabah"ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. "Neftçi"nin özü də. Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində "Qarabağ"ın çox yaxşı infrastrukturu olmalıdır.Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir.


- Bəziləri düşünür ki, "Qarabağ" Konfrans Liqasında oynasa, finala qədər gedə bilər. Siz necə düşünürsüz?


- İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. "Qarabağ" o qədər gözəl, müqəddəs ailədir ki... Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

02:03

"Atletiko"dan heç-heçə , "İnter" məğlub oldu - YENİLƏNİB

01:45

Joni Montiel: "Azca imkan verdikdə bu komanda səni cəzalandırır" - VİDEO

01:18

Marko Yankoviç: "Gözlənilməz təcrübə oldu" - VİDEO

01:10

Bədavi Hüseynov: "Çempionlar Liqasının səviyyəsini gördük" - VİDEO

00:46

Qurban Qurbanov 1:6 hesablı məğlubiyyətin səbəbini AÇIQLADI: "Bu futbolçularımı nokauta saldı"

00:29

"Qalib gəlsək də, rəqib çox güclüdür" - "Nyukasl"ın baş məşqçisi

00:25

Qurban Qurbanov: "Çox böyük dərs oldu" - VİDEO

00:14

Elvin Cəfərquliyev adını Azərbaycan futbolu tarixinə yazdırdı

23:39

Çempionlar Liqasında 12 illik rekord təkrarlandı – “Qarabağ”ın oyununda

22:44

“Sabah” “Quba”nı məğlub etdi

22:13

“Azərreyl” “Ordu”ya uduzdu

21:27

Azərbaycan xizəkçisi Olimpiadada 51-ci oldu

20:51

"Qarabağ" – "Nyukasl": HEYƏTLƏR

20:15

Cüdoçular arasında Liqa yarışının ilk turu keçiriləcək

19:45

Misli Premyer Liqasının dünya sıralamasındakı mövqeyi bəlli oldu

19:22

"Qarabağ"ın sabiq üzvü: "Nyukasl" haqda çox danışmağa ehtiyac yoxdur" – AÇIQLAMA

18:44

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verildi

18:23

Bakıda imtahan keçiriləcək

17:54

Vinsent komandanın durumunu dəyərləndirdi

17:33

Hakimə təzyiq edən baş məşqçi və futbolçuya 8 oyunluq cəza

17:14

“Nyukasl” favoritdir, amma...” – Mütəxəssisdən diqqətçəkən açıqlama

16:58

Qarabağ təmsilçisində yeni təyinat

16:36

“Baku Sportinq” və MOİK-dən qələbə - YENİLƏNİB

16:27

İrəhimin gəlsin, Rəhim Həsənov – YAZI

16:07

Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarının növbəti mərhələsində

15:53

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

15:12

“Sumqayıt”ın futbolçusuna 3 oyunluq cəza

14:53

“Kəpəz” və “Neftçi” azarkeşlərə görə ziyana düşdü

14:33

Kadi iki oyunluq cəza alıb, "Qarabağ" cərimələnib

14:11

Məşhur qurum açıqladı: Premyer Liqada çempion kim olacaq?

13:53

ABŞ səfirliyindən Nərimanla bağlı paylaşım

13:36

"Yuventus" "Mançester Yunayted"in istəyini qəbul etmir

13:13

“Liverpul” “Milan”ın futbolçusu ilə maraqlanır

12:53

Azərbaycan millisinin yekun heyəti açıqlandı

12:32

PSJ və “Çelsi” onu istəyir

12:14

“Barselona” onlarla maraqlanır

11:58

Avropa nəhənginin skautları "Qarabağ"ın oyununu izləyəcəklər - MARAQLI SƏBƏB

11:45

Yeni sistem "Sabah"ı çempionluğa aparır – YAZI

11:13

Hakimidən yeni uğur

10:52

Mourinyo "Real"a qayıdır?

10:34

"Bayer" 17 yaşlı hücumçu transfer edir

10:13

"Barselona" üçün şad xəbər

09:52

Xabi Alonso Fransa klubunun təklifini qəbul etməyib

23:28

Yüksək Liqada 11-ci turun təyinatları açıqlandı

22:46

“Gənclər”dən bir gündə iki məğlubiyyət

22:11

Hakimlər Komitəsinin sədri bir turda üç səhv aşkarladı – VİDEO

21:39

Yarımfinalın ilk partiyaları keçirilib

21:27

“Qarabağ” qeyri-adi komandadır” – “Nyukasl”ın futbolçusu

20:58

"Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb" – Eddi Hau

20:24

Azərbaycanlı atlet Türkiyədə çempion oldu

19:36

“Konfrans Liqasında sonadək getmək niyyətindəyik” – Tahir Gözəl

19:15

Addai Mbappe və Haalandı qabaqladı

18:47

"Şamaxı"nın üzvü: "Kim istəməz ki, millidə oynasın?" – MÜSAHİBƏ

18:07

"Nyukasl"ın zəif cəhətlərindən istifadə etməyə çalışacağıq" – Duran

17:48

"Bakıda qalib gəlmək istəyirik" – Qurban Qurbanov

17:31

Azərbaycan oxatanları AÇ-də növbəti mərhələyə yüksəldilər

17:12

Millimizin üzvləri üçün maarifləndirici seminar

16:53

Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi açıqlandı

16:34

Simeonenin gələcəyi bundan asılıdır

16:11

“Qarabağ” üçün uğursuz tur

15:56

Qarabağ klubundan yeni transfer

15:32

AMADA-dan “Qarabağ” üçün maarifləndirmə seminarı

15:07

Olimpiadada Gürcüstan üçün tarixi uğur

14:53

Zümrüd Ağayevaya UEFA-dan təyinat

14:33

Gəlirlər... – FOTOLAR

14:14

Ağayevə UEFA-dan növbəti etimad

13:49

“Zirə”dən “Ural”a

13:29

"Qarabağ"ın "Nyukasl"la oyununda anşlaq olacaq

13:09

Azərbaycan millisi bu stadionda meydana çıxacaq

12:57

“2003-cü ildən bəri Azərbaycan çempionatllarında bir dəfə də uduzmamışdım” - Rauf Məmmədov