21:30 9.11.2025 78

"Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar" - Qurban Qurbanov

Bu gün Misli Premyer Liqasının XI turunun son matçı keçirilib. Turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanıb.

Sport1.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

"Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik".

- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burada vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?

- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.

- "Qarabağ" oyunu üstün apardı. "Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?

- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar.

- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?

- Burada sizləri görmək xoşdur. Biz ancaq sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a baxır. Buradan qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədir, eyni qaydada da bizim də onlarla.

- "Qarabağ" bu uğurları daha çox nəyə borcludur?

- "Qarabağ" adı Azərbaycana üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burada ciddi, məsuliyyətli olmaq hər birimizin borcludur. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odur ki, işlərimizdə ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdur. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki,bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdır. Futbolçulara birinci bunu tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdir. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özümü, sonra kim varsa, məsuliyyətli olmaqdan başqa haqqımız yoxdur. Bunu komandaya bildiririk.

- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəini avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdır, yoxsa "Neftçi"?

- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyirlər. Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq(gülür).

- Millinin oyunlarından nə gözləyirsiz?

- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, futbolçularımızdır. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər.

- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orada adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsız?

- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik. Hörmətlə yanaşmışıq.

- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt gedir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdır. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?

- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işimi qurmaq barədə, uğur əldə etmək haqda fikrim olmayıb. Hər zaman qarşıdakı rəqibə fikrimi yönləndirmişəm. "Neftçi", "Zirə", "Sabah", "Qəbələ" olsun, hamımız dost komandayıq. Ən çox biz bir-birimizi görürük. Hansısa fikrə reaksiya verməyim düzgün olmaz. Hər insanın öz uğur yolu var, iş prinsipləri var. Mənim prinsiplərim elədir ki, yazılara, fikirlərə çox da vaxt ayırmıram. Hamısı özümüzünkülərdir. Hər deyilən fikrə də hörmətlə yanaşırıq.

- İlk dövrənin son oyunu idi. Uzun müddətdən sonra 12 komanda, legioner limiti götürülüb. Ötən mövsümlə bu mövsümü müqayisə etsəz, fərq var?

- Var. Mübarizə daha da çoxalıb. Əgər şərait daha yaxşı olsaydı.... Bütün stadionlar daha yaxşı olsaydı, azarkeş sayı, matçların keçirilmə vaxtı daha yaxşı olsaydı, fərqli ola bilərdi. 

- Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudur?

- Hazırda belə demək olar. Amma onu sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis alınmadı. Özüm də, daha üst axtarmaqda işimizə davam edirik. Bizim tələbimizə görə, Duranın faydalı iş əmsalı, çox yuxarıdır. Çox razıyam.

- Samir Abasov bildirdi ki, bu dəqiqələrdə belə ucuz penaltilər verilmir. Sizin bu haqda fikriniz necədir?

- Düzünü desəm heç baxmamışam epizoda. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

02:05

"Samsunspor" məğlub oldu, KL-də günün nəticələri - YENİLƏNİB

02:01

"Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB

00:21

Ruzanna Avropa Çempionatının finalında

23:53

Qazaxda ilk çempionlar müəyyənləşdi

23:20

“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi

22:47

“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə

22:26

Çempionlar Liqasının favoriti kimdir?

21:43

“Abşeron”la “Turan”dan qələbə

21:26

Azərbaycan çempionatında daha 7 finalçı müəyyənləşib

20:40

David Vilya “Atletiko”ya qayıtdı

20:19

Əqli imkanları məhdud şəxslər üçün yeni layihələr başlayır

19:39

Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi

19:28

"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?

18:56

"Futbolçular çaşqınlıq içindədirlər"

18:14

Nadir Nəbiyev aşağı liqa klubunda futbola qayıtdı

17:53

Premyer Liqanın autsayderinin futbolçuları milli komandalara dəvət aldılar

17:35

Qələbə qazana bilməyən baş məşqçinin müqaviləsini uzatdılar

17:05

Azərbaycan millisi 11 cavabsız qolla uduzdu

16:56

I Liqa: "Səbail" və "Baku Sportinq" səfərdə sevindi - YENİLƏNİB

16:21

Yüksək Liqada pley-off mərhələlərinin başlayacağı tarix bəllidir

16:09

Qazax mütəxəssis “Qarabağ”ın sirrini açdı

15:56

Raulun rekordunu qıran tapıldı

15:28

Balakəndə velosiped yarışı

15:07

Bu stadion təmirə bağlanır: Premyer Liqa üçün hazırlanır – ÖZƏL

14:45

Cüdoçularımız Polşada

14:27

Təmsilçilərimiz Almaniyada sevindilər

14:11

Misli Premyer Liqasında 24-cü turun təyinatları açıqlanıb

13:46

Qazaxda güləş bayramı start götürdü

13:27

Təmsilçilərimiz “Adriatik incisi”ndə uğurlu çıxış etdilər

13:06

Komandalarla və hakimlərlə görüş keçirilib

12:46

"Bavariya"da ciddi itkilər

12:20

Viktor Osimhenə yeni müştəri çıxdı

12:10

Bundesliqa klubu yeni qol silahını tapdı

11:42

İtaliya klubunu bundan sonra o çalışdıracaq

11:24

Salah “Liverpul”un tarixinə düşdü

11:06

Millidə baş məşqçinin taleyi sual altına düşdü

10:48

"Mançester Yunayted" 60 milyon avroluq transferə hazırlaşır

10:28

Levandovski nə edəcəyini bilmir

10:08

Eden Azar VAR sisteminə qıcıq olur

01:57

“Real” və PSJ-dən qələbə, “Bodo-Qlimt” nağılı davam edir - YENİLƏNİB

00:41

Klopp üçün yeni ünvan Almaniya millisi ola bilər

00:24

Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər

23:44

Azərbaycan yığması Bolqarıstana uduzdu

23:11

"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"

22:38

Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür

22:19

Qvardiola: “Onların Çempionlar Liqası titulları bizim illərimizdən çoxdur”

21:35

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı

20:45

“DH Volley”dən növbəti qələbə

20:22

Yaxın Şərqdəki vəziyyət Qran-Prini sual altına saldı

19:43

Finalissima ilə bağlı plan dəyişdi

19:12

Hakim qərarları ilə bağlı AFFA-dan açıqlama – VİDEO

18:55

Federasiya "İstedadların seçimi"nin ikinci mərhələsinə start verir

18:14

AFFA Ramiz Məmmədovun cəzasını azaltdı

17:49

Super Liqa klubunun məşqçisi vəfat etdi

17:37

Fransa klubunda baş məşqçi dəyişikliyi

17:04

I Liqada lider büdrəmədi - YENİLƏNİB

16:48

Apellyasiya Arbitraj Tribunalı Kurban Berdıyevi qismən bağışladı

16:20

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

16:09

Amerikalı oyunçu "Lənkəran"ı tərk etdi

15:54

Donnarumma: "Real"ın qarşısında bizim kimi komanda olacaq"

15:29

"Liverpul" axtardığını "Real"da tapdı

15:13

PFL-in tələblərinə məhəl qoymayan "Şəmkir"in cəzası açıqlandı

14:39

AFFA "Sabah"ın ədəbsiz jest göstərən məşqçisinə rəhm etmədi - CƏZALAR

14:29

UEFA-dan AFFA üçün strateji kommunikasiya seminarı

14:05

Tanınmış mütəxəssis "Real"ı çalışdıracaq?

13:46

“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlandı

13:19

Coy Lens Mikelsin yubileyi - 50

13:06

"Sabah" bunu 100-cü dəfə bacardı

12:54

Luis Enrike: “PSJ yenə də Çempionlar Liqasının qalibi ola bilər”

12:36

"Napoli" onunla müqaviləni uzatmaq istəyir