son dəqiqə SON DƏQİQƏ
ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● Premyer Liqa klublarının yay transferləri ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ●

"Qalib gəlsək də, rəqib çox güclüdür" - "Nyukasl"ın baş məşqçisi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 19-02-2026, 00:29

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" "Nyukasl"a 1:6 hesabı ilə bağlı oldu.


Sport1.az xəbər verir ki, qarşılaşmanın ardından qonaqların baş məşqçisi Eddi Hou mətbuat konfransında iştirak etdi.


Mütəxəssis oyun haqda fikirlərini səsləndirməyərək birbaşa jurnalistlərin suallarını cavablandırdı.


- Növbəti oyununuz iki Premyer Liqa matçı aralığındadır. “Qarabağ”la matça əsas komanda ilə çıxacaqsınız?

- ⁠Bir az irəli getdiniz. “Mançester Siti” ilə matçımız var. Fiziki rəqabət var. Dünən “Qarabağ”ı düşünürdük. Maraqlı oyun idi. Daha sonra düşünəcəyik.



- "Qarabağ"ın yeganə qolunu Elvin Cəfərquliyev vurdu. Bunu necə şərh edərdiniz?

- ⁠Qapıçımız kədərləndi. Oyuna fokusu itirdik və qol vuraxdıq. Dominant tərəf biz idik amma boşluq buraxdıq. 



- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Penalti məsələsi də əhəmiyyətlidir. Televiziyada daha yaxşı təhlil etmək olar. Entoni Qordon yenə qol vurmaq istəyirdi. Amma hər kəs komandaya dəstək göstərirdi.



- Qordon poker müəllifi oldu. Komandanın bombardirlərindən biri oldu…

- ⁠Bu, bizim üçün çox vacibdir. Bu gün pressinqimiz inanılmaz idi. Əks-hücum şanslarımız da çox oldu.



- Növbəti mərhələ üçün şanslarınız çox yüksəkdir. Necə düşünürsünüz?

- ⁠Bu, bizim üçün əla şansdır. Pozitiv qiymətləndiririk.



- Bu gün meydana əsas heyətlə çıxdınız. Növbəti matçda digərlərinə şans verəcəksiniz?

- ⁠”Qarabağ” “Çelsi” ilə əla oynamışdı. İlk oyunda ağdamlılar yaxşı oynadılar. Hazırlığımızı davam etdirəcəyik. Bəzi futbolçularımız meydana çıxmaq üçün həvəslidirlər.



- Növbəti dəfələrdə də bu taktikadan istifadə edəcəksiniz?

- ⁠Bəli, 4-3-3 oynadıq. Yenə bundan yararlanacağıq.



- Əhval-ruhiyyə necədir?

- Bu gün öz inancımızı təsdiq etdik. Biz ən yaxşılardanıq. Komanda olaraq bunu hər kəsə göstərmişik. Əsas olan bunu davam etməkdir. Əhval-ruhiyyəni saxlamaq istəyirik. Stabillik vacibdir.



- Qordon və Voltemadenin mövqelərini dəyişmişdiniz…

- ⁠Bəli, sadəcə bunu yoxlamaq istədik. Rotasiyalara getdik. Bu dəfə fərqli modeldən istifadə etdik. Onlar arasındakı fərqi görürsünüz. Qordon daha çox qaçan futbolçudur.



- İkinci yarıda daha passiv olmağınız nə ilə bağlı idi? “Qarabağ” üstün idi, yoxsa fiziki yorğunluq vardı?

- ⁠Bəli, ola bilsin ki, hər ikisinin təsiri var idi. “Qarabağ” ikinci yarıda topla daha çox oynadı. Bizim qol epizodlarımız az oldu.



- Püşkdə bəxtinizin gətirdiyini düşünürsünüzmü?

- ⁠Yox, qətiyyən elə düşünmədim. Mütəmadi olaraq deyirəm ki, “Qarabağ”ın oyunlarına çox baxmışam. Qalib gəlsək də, rəqib güclüdür.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR