son dəqiqə SON DƏQİQƏ
Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar Kamran Zeynalov Dünya Kubokunun qalibi olub AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək Dambrauskas: “Bacardığımız işi görməliyik” İsfahan Həsənov Dünya Çempionatının finalında Anqolalı vinger “İmişli”də “Qəbələ” onunla bağlı qərarını verdi Azərbaycan I və II Liqalarında püşkatmanın vaxtı açıqlanıb Güləş üzrə U17 Dünya Çempionatının açılış mərasimi keçirilib “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb DÇ-2026: Ən yaxşı qolun müəllifi müəyyənləşdi Karyerasını başa vurdu "Qarabağ" azarkeşlərinə şad xəbər! PFL daha bir təqvimi açıqladı Nurlan Novruzov II Liqada çıxış edən klubla müqavilə imzaladı Premyer Liqa klublarının yay transferləri "Sportinq"də oynamış futbolçu Azərbaycan klubu ilə anlaşdı Federasiya məlumat yaydı: Bakı çempionatının vaxtı dəyişdirildi Rəhman Şabanov "Xankəndi"də Serbiya Super Liqasının baş katibi Bakıda Elxan Səmədovla görüşdü DÇ: 3 güləşçimiz yarımfinalda Bu Azərbaycan klubu loqosunu dəyişdi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq "Zirə"nin "Payde" ilə cavab matçının hakimi bu səbəbdən dəyişdirildi Kamran Zeynalov final mərhələsinə vəsiqəni təmin etdi - Dünya Kuboku AVF-nin baş katibi bu qurumda yüksək vəzifəyə təyin olundu Prezidentdən Azərbaycandakı Dünya Çempionatı ilə bağlı

"Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb" – Eddi Hau

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 17-02-2026, 20:58

"Nyukasl" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.


Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 48 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:


"Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq. “Qarabağ”ı şəkildə ciddi araşdırmışıq. Onların "Çelsi" və "Liverpul"la oyunlarını təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı qarşılaşma olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.


İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik. Çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək. Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq. 


Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdir ediləcəkdir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq".

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR