son dəqiqə SON DƏQİQƏ
ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● Premyer Liqa klublarının yay transferləri ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ●

“Nyukasl” favoritdir, amma...” – Mütəxəssisdən diqqətçəkən açıqlama

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 18-02-2026, 17:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Nyukasl”ı qəbul edəcək.


Ağdam təmsilçisini çətin sınaq gözləyir. İngiltərə Premyer Liqası təmsilçisi hazırda müəyyən eniş yaşasa da, səviyyəli kollektiv hesab olunur və matçın favoriti kimi göstərilir.


Görəsən, “köhlən atlar” doğma meydanda üstün nəticə əldə edə biləcək?


Sualımızı Arif Əsədova yönəltdik. Tanınmış futbol mütəxəssisi Sport1.az-a açıqlamasında bunları dedi:


“Bu gün “Qarabağ”ı çətin oyun gözləyir. “Nyukasl” Premyer Liqa komandasıdır və müəyyən çətin dövr yaşasa da, kifayət qədər səviyyəli kollektivdir. Təbii ki, favorit kimi göstərilir. Amma “Qarabağ”ın da üstün cəhətləri var. Komandanın oturuşmuş heyəti və oyun sistemi formalaşıb. Üstəlik, evdə oynayırıq və azarkeş dəstəyi böyük amildir. Məncə, stadionda anşlaq olacaq.


Rəqib son dönəmlərdə xüsusilə müdafiədə boşluqlara yol verir. Düşünürəm ki, məşqçilər heyəti bunları təhlil edib. Bu baxımdan xal qazanmaq üçün real şans var. Əsas məsələ komandanın verilən tapşırıqları intizamla yerinə yetirməsi və standart vəziyyətlərdə diqqətli olmasıdır.


Gözləntim müsbətdir. Hesab edirəm ki, “Qarabağ” bu oyunda uduzmaya bilər. Ən azı heç-heçə mümkündür, hətta qələbə də real variantdır”.


ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR