
“Xankəndi”də yeni təyinat reallaşıb.
Sport1.az xəbər verir ki, bu barədə Qarabağ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun qapıçılar üzrə məşqçi vəzifəsinə UEFA B kateqoriyalı lisenziyaya malik Elçin Sadıqov təyin olunub.
36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə “Səbail”in müxtəlif yaş qruplarında çalışıb. O, 2025-ci ildə isə “Şəfa”da qapıçı-məşqçi kimi fəaliyyət göstərib.