son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

Yeni sistem "Sabah"ı çempionluğa aparır – YAZI

Bölmə adı Premyer Liqa / Yazı / Manşet
Yayımlandı 18-02-2026, 11:45

Premyer Liqada mövsümün ən stabil çıxış edən komanda "Sabah"dır. Bakı təmsilçisinin göstəriciləri bunu deməyimizə əsas verir. Paytaxt təmsilçisi hazırda 46 xalla turnir cədvəlinin zirvəsindədir və ən yaxın izləyicisini 4 xal qabaqlayır.


Komanda yalnız çempionatda deyil, Azərbaycan Kubokunda da iddiasını davam etdirir. Ötən mövsüm bu turnirin qalibi olan "Sabah" hazırda yenidən 1/4 final mərhələsindədir və yenə də burada çempionluğu arzulayır.


Masazır təmsilçisinin uğurlu çıxışının arxasında yeni baş məşqçinin işi dayanır. Mövsümün əvvəlindən bəri komandada riskli, amma prinsipial qərarlar qəbul edilir. Əvvəllər əsas heyətin dəyişməz üzvləri olan futbolçular artıq ilk “11-lik”də yer almır, bəziləri isə komandadan göndərilib. Bu da göstərir ki, Valdas Dambrauskas üçün ad-san yox, forma və rəqabət əsasdır.


Xüsusilə yerli futbolçuların durumu diqqət çəkir. Qışda Ayaz Quliyevin, Anatoli Nuriyevin, Camal Cəfərov, Rüstəm Samuqillinin "bayquşlar"dan ayrılması üzücü durumdur. Düşünmək olar ki, Valdas Dambrauskas yerlilərlə prinsip aparır. Amma Aleksey İsayev, Xəyal Əliyevin mütəmadi oynaması, Rəhman Daşdəmirov və Amin Seydiyevin sonradan meydana daxil olması bu fikri alt üst-edir. Azərbaycanlıların əsas heyətdə möhkəmlənə bilməməsi həm fərdi inkişaf, həm də peşəkar yanaşma baxımından suallar yaradır. Rəqabət artdıqca fiziki və mental baxımından inkişaf etməyən oyunçu geri düşür. "Sabah"ın hazırkı sistemi isə yalnız maksimum səviyyə tələb edir.


Yeni transferlər qısa zamanda əsas heyətə düşərək mövqelərini möhkəmləndiriblər. Bu da transfer siyasətinin düzgün qurulduğunu göstərir. Baş məşqçi faktiki olaraq komandada təmizlik apararaq daha dinamik, daha intizamlı və daha iddialı kollektiv formalaşdırıb.


46 xal, 4 xallıq üstünlük və paralel olaraq kubokda 1/4 final – bu statistika təsadüf deyil. “Bayquşlar” artıq bir mövsümlük komanda yox, sistemli şəkildə zirvəyə oynayan kollektivdir.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR