son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Vinsent komandanın durumunu dəyərləndirdi

Bölmə adı ABL
Yayımlandı 18-02-2026, 17:54

Azərbaycan Basketbol Liqasında çıxış edən “Sərhədçi”nin basketbolçusu Ceymond Vinsent klubun mətbuat xidmətinə danışıb.


Sport1.az həmin müsahibəni təqdim edir:


– Komanda son oyunda qələbə qazandı. Sizcə, bu qələbə komanda üçün nə dərəcədə önəmlidir?

– Bu qələbə bizim üçün çox vacib idi. Hazırda üçüncü yer uğrunda mübarizə aparırıq. Buna görə də bu, bizim üçün böyük və dəyərli qələbə oldu.


– Ümumilikdə “Sərhədçi”nin çıxışını necə qiymətləndirirsiniz?

– Açığı, çıxışımız pis deyil. Amma komanda olaraq birlikdə inkişaf etdirməli olduğumuz çox məqamlar var. Hələ də üzərində işləməli olduğumuz sahələr kifayət qədərdir.


– Oyunun ən yaxşı oyunçusu seçildiniz. Bu barədə fikirləriniz necədir?

– Buna görə minnətdaram. Amma ilk növbədə komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür etməliyəm. Onların mənə olan etimadı olmasa, bu mümkün olmazdı.


– “Sərhədçi” qarşısına qoyduğu hədəflərə çata biləcəkmi?

– İnanıram ki, çox çalışsaq və intizamlı olsaq, məqsədimizə çatacağıq.


– Azərbaycanda özünüzü necə hiss edirsiniz? Burada qalmaq və davam etmək istərdinizmi?

– Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir. Burada davam etmək ehtimalım da var.


– Kubok oyunları ilə əlaqədar fasilə olacaq. Bu fasilədən necə yararlanacaqsınız?

– Bu vaxtdan maksimum istifadə etməyə çalışacağıq. Zalda məşqlərimizi davam etdirəcəyik və oyunumuzu daha da inkişaf etdirmək üçün çalışacağıq ki, daha yaxşı olaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR