son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Qurban Qurbanov 1:6 hesablı məğlubiyyətin səbəbini AÇIQLADI: "Bu futbolçularımı nokauta saldı"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 19-02-2026, 00:46

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" "Nyukasl"a 1:6 hesabı ilə uduzdu.


Sport1.az xəbər verir ki, görüşdən sonra Ağdam təsmilçisinin baş məşqçisi mətbuat konfransında iştirak etdi. Mütəxəssis məğlubiyyəti şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:


“Əfsuslar olsun ki, məğlub olduq. Doğma meydanda uduzmaq istəməzdik. Amma bu, futboldur. Belə nəticələr olur. Çempionlar Liqası fərqli səviyyədir. Böyükhesablı nəticələr qaçınılmazdır. İlk qol, ardınca penalti futbolçularımı nokauta saldı. Özlərini ələ ala bilmədilər. Bu, rəqibin də gücünü göstərirdi. Demişdim ki, “Nyukasl” çox sürətli, taktiki və texniki hazırlığı olan komandadır. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Böyük futbolun nə olduğu həm Liverpulda, həm də burada hiss etdik. İrəli baxmalı, daha ciddi hazırlaşmalıyıq. Futbolçularımız fevral ayına qədər azarkeşlərə Çempionlar Liqası həyəcanı yaşatmağı bacardılar. Futbol ölkədə daha da məşhurlaşdı. Məğlubiyyətlə barışmalı, rəqibi təbrik etməliyik. Bu qələbəyə layiq idilər".


- Fasilədə futbolçulara nə dediniz? Bədavi Hüseynovu meydana buraxdınız…

- ⁠Tək fikrim onları sakitləşdirmək oldu. Yanlarında olduğumu bildirdim. Sakitləşməsək, hesab daha böyük ola bilərdi. Rəqibin gücünü bilirdik. Bədavinin əvəzetməsi müdafiəyə atılan addım idi. O da inamlı çıxış etdi. 


- Çempionat oyunlarına görə rotasiyaya gedəcəksinizmi?

- ⁠Belə bir fikrimiz yoxdur. 3-4 məşq birlikdə ola biləcəyik. Qarşımızda səhvləri bağışlamayan, qol vurmaq istəyən rəqib var. Ciddi rotasiyalar haqda düşünməyəcəyik.


- Bəhlul Mustafazadənin zədəsi nə qədər ciddidir?

- ⁠Hələ ki, xəbər yoxdur. Sabah bəlli olacaq. Əzələ dartılması gözlənilir.


- Komandanın üzərində “qara buludlar” var. Bu, pley-offun eyforiyasıdır, yoxsa gücün tükənişi?

- ⁠Bəzən fikirlərim özümüzü sığortalamaq kimi səslənə bilər. Amma qəbul etməliyik ki, hər səviyyədə rəqib daha da güclənir. Pley-offda bizi məğlub etsələr, 16 ən yaxşı komandadan biri olacaqlar. Onlarla oynamaq riskdir. Böyükhesablı məğlubiyyətlər ala bilərik. Amma ölkə futbolu üçün özümüzü qurban verməyə hazır olmalıyıq. Bu, təkcə bizim üçün yox, hamımız üçün eynidir. Qarşıda bizi nələrin gözlədiyini, dünya futbolunun inkişafını görmək faydalıdır. Bu gün bir daha şahidi oldum. Əvvəllər azarkeşlər 0:3 hesabı olanda meydanı tərk edirdilər, amma bu gün fərqli idi. Artıq onlar da bu səviyyənin fərqli olduğunu bilirdilər. Hamımız üçün gözəl təcrübə oldu.


- “Nyukasl”ın pressinqinə qarşı oyun planınız nə idi? 

- ⁠Belə oyunlarda dəyişiklik etməyə vaxtımız yoxdur. Yeni taktika üçün azı 3-4 dəfə bunu məşqlərdə yoxlamalıyıq. Bacardığımızı daha da yaxşılaşdırmaq üçün çalışırıq. Rəqibin hər hücumu keyfiyyətli idi. İkinci hissədə fərqli oynadıq. Amma futbolçularımızda həyəcan var idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR