
"Srvena Zvezda"nın hücumçusu Aleksa Damyanoviç karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sport1.az xəbər verir ki, "Bayer" serbiyalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Bayer" Damyanoviç üçün Serbiya klubuna 7 milyon avro təzminat ödəyəcək. 17 yaşlı forvard yayda yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Aleksa Damyanoviç "Srvena Zvezda"nın yetirməsidir. Serbiya U-19 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.