
Misli Premyer Liqasında çempionluq ehtimalları açıqlanıb.
Sport1.az xəbər verir ki, “Football Meets Data”nın yaydığı statistik proqnoza əsasən, mövsümün əsas favoritləri kimi “Sabah” və “Qarabağ” göstərilib. Hazırda turnir cədvəlinə başçılıq edən paytaxt təmsilçisinin titul qazanmaq ehtimalı 46 faiz qiymətləndirilib.
Ağdam klubu isə proqnozlarda bir qədər üstün mövqedə göstərilib. “Köhlən atlar”ın çempionluq şansı 54 faiz hesablanıb.
Qeyd edək ki, 20 turdan sonra 49 xala malik “bayquşlar” zirvədə qərarlaşıb. Onu 45 xalla “Qarabağ” izləyir