14:19 20.01.2026 378

"İnanıram ki, futbolçuların xətrinə dəyməz" – Qurbanov

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur çərçivəsində “Qarabağ” doğma meydanda “Ayntraxt”la üz-üzə gələcək.


Sport1.az xəbər verir ki, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:


"İlk olaraq, deyim ki, bu tarix Azərbaycan üçün ağır gün olub. Başımız sağ olsun. Oyuna gəldikdə, çox vacib matçdır. Düzdür, hazırlaşmağa vaxtımız çox da olmadı. Hər bir halda, vaxtımız oldu ki, istirahət edək və oyuna daha sakit hazırlaşaq. Az vaxtdan səmərəli istifadə etdik. Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Futbolçularım çox istəkli və intizamlı idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik. Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Komanda daha yığcam, daha istəkli və daha intizamlı olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq".


- Rəqibin baş məşqçisinin dəyişdirilməsi planlarınızı pozdu?


- Elə düşünmək olar. Çünki "Ayntraxt"ın oyunlarına baxırdıq. Yanvardan bu yana 3 matça çıxıblar, fərqli sistemdə oynayırdılar. Matçın gedişatında fərlqi hücumlar qururdular. Hər oyunda bir cür müdafiə olunurdular. Ona uyğun işimizi aparırdıq. Sabah meydanda o qədər diqqətli olmalıyıq ki, gedişatların qarşısını alaq, ya da öz gedişatımızı daha da yaxşılaşdıraq. Bir neçə dəfə belə halla qarşılaşmışıq, rəqibin baş məşqçisi dəyişib. Sona qədər intizamlı oynasaq, diqqətli olsaq, problem olmalı deyil. Bəli, "Ayntraxt" təcrübəli rəqibdir, özünəməxsus alman intizamı var, bunlar öz yerində. Bizim təcrübəmiz, futbolçuların hazırlığı... İnanıram ki, sabah öz oyunumuzu əvvəlki matçlardan daha yaşı oynasaq, uğur əldə edə bilərik. Amma baş məşqçi dəyişikliyi bizim üçün sürpriz oldu və fikirlərimiz qarışdı.


- Rəqib Bakıya sabah gələcək və burada məşq etməyəcək. "Çelsi" də belə etmişdi. Bu hal "Qarabağ" üçün üstünlük ola bilər?


- Məncə, elə də əhəmiyyət kəsb etmir. Bəli, belə hallar olub. Biz də belə addım atmışıq. Öz proqramlarına uyğun belə qərar veriblər. Elə də əhəmiyyəti olacağına inanmıram.


- Komandanı sabahkı matça hazırlayan Aleks Meyer 13 il əvvəl "Qarabağ"a 3 qol vurmuşdu. Bu, sizin üçün xüsusi əhəmiyyət kəsb edir?


- Əminliklə deyə bilərəm ki, indi bizə qol vura bilməyəcək. Sadəcə tanış simadır, görmək xoş olardı.


- Qısa fasilənin əvvəlki tempi saxlamaq üçün hansı mənfi və ya müsbət cəhətləri oldu?


- Bizim üçün çox müsbət haldır. İstirahətə çox ehtiyacımız var idi. Bəlkə başqa komandalara mane ola bilər. Amma bizə faydası oldu. Ən azından futbolçuların yorğunluğunu azalda bildik. Ola bilər ki, bir neçə oyun optimal formamızdan uzaq olaq.


- Transferlər olacaq?


- Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir. 


- Dediniz ki, toplanışda daha bir oyun keçirmək istəyərdik. İstədiyiniz səviyyədə rəqib tapılmadı, yoxsa vaxt olmadı?


- Vaxtla bağlı idi.


- "Ayaks"la matçdan öncə hamıda rahatlıq var idi ki, rəqib xal qazanmayıb. "Ayntraxt" da Bakıya müəyyən itkilərlə gəlir. Bu barədə futbolçularla danışıq aparmısız?


- Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq... Bunu qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir. Rəqibin seçimləri çoxdur. İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, "Ayntraxt"ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır. Klubu bir nəfər idarə etmir. Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq.


- Coni Montielin sabah oynamaq şansı nə qədərdir?


- Xeyli vaxt futboldan uzaq qalmışdı. Ümumi durumu pis deyil. Amma futbolçu elə məxluqdur ki, nə vaxt soruşsan, deyəcək hazıram, optimal formadayam. İstər bir ay məşq etməsin, ya etsin. Ancaq ümumi reallığa baxsaq, Montiel çox əziyyət çəkib. Hazırlığında problem var idi, daha sonra zədələndi. İşinə çox peşəkarcasına yanaşdı. Ondan razıyam. Amma hər bir halda, hələ Montieli tam hazır hesab etmirəm. Özünü yaxşı tərəfdən göstərsə də, belədir. Çünki bir ildən çox futbol oynamayıb. Belə gərgin, dinamik, məsuliyyətli oyunlarda onun oyun təcrübəsinə çox ehtiyac var. Amma bugünkü hazırlığından razıyam. İnanıram ki, hələ daha da yaxşı ola bilər. Çalışacam ki, məşqçi olaraq onu daha yaxşı səviyyəyə gətirim. Təbii ki, bu cür peşəkar qalarsa...


- Çempionlar Liqasındakı gərginlik "Qarabağ"ın Azərbaycan Premyer Liqası və Azərbyacan kuboku matçlarına necə təsir edir?


- Ümumən təsiri olur. Bəzən belə oyunlardan sonra daxili liqada xal itkilərimiz çox olub. Avropada da belədir. Şükürlər olsun ki, neçə ildir çempionatda öz yerimizi qoruyub-saxlaya bilmişik. Amma digər ölkələrə baxsan, çox problemləri olur. Hansı ki, hətta elə ölkələrin komandaları var, bu turnirlərdən sonra öz liqalarında 8-10-cu yerlərdə gedirlər. Amma ümumən bizə mane olur. Çünki istər-istəməz fikirlərimiz bu oyunlaradır. Lakin bu, hardasa müvəqqəti olur, sonradan yenə digər matçlara köklənə bilirik. Sadəcə gərginliyin çempionat matçlarına təsiri olur. Amma illərdir belədir. Bizdə pis alınmır. Əvvəlki illərdən daha çox güc sərf edirik, psixoloji daha çox yoruluruq, bir az çətinləşir. Lakin hər bir halda, işimizdir, çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Buna görə bizim 11 yox, 22-23 futbolçumuz var. Belə oyunlarda, belə anlarda digər futbolçuların üzərinə məsuliyyət düşür. Onlar bunu anlayır və qoruyub-saxlayırlar. Bəzən üzdə olan futbolçuların faydasından danışılır. Lakin ikinci heyət... İnanıram ki, futbolçuların xətrinə dəyməz. Onların etdikləri digərlərinin etdiyindən daha da faydalı olur. Çünk o tempi qoruyub-saxlaya bilməsək, biz növbəti ildə nə Çempionlar Liqasında, nə də Avropa Liqasında iştirak edə bilərik. Çətinlik var. Amma sağ olsunlar, futbolçularım bu tempi qoruyur. Bəzən gözlənilməz məğlubiyyət olur. Bu da futbolun bir hissəsidir. İnanıram ki, qarşıda bizi çox maraqlı matçlar gözləyir.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?