23:58 16.11.2025 64

"Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən, amma..." - Ayxan Abbasov

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsini Fransa ilə qarşılaşma ilə başa vurub və Ayxan Abbasovun komandası meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq, istəkli olaq. İslandiya oyununda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox istəyirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha da üstümüzə gəldi. Mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq".

- Mustafa Əhmədzadəni meydana buraxmaq nə ilə əlaqədar idi?

- Mustafanın əvəzinə təcrübəli futbolçular var idi, buraxmaq olardı. İnanın ki, İslandiya matçında onu əsas heyətdə fikirləşirdik. Emin Mahmudov olmasaydı, meydana o çıxacaqdı. Gənc futbolçuları milliyə dəvət edəndə, göstəriş üçün etmirik, inanırıq. Mustafanın böyük potensialı var.

- Xəyal Əliyev son iki matçda start heyətində oynadı. Onun performansından razı qalmısız?

- Xəyal haqq edir. İki matçda da yaxşı performans göstərdi. Futbolda detallar var ki, ona oyun lazımdır. Bunun üzərində işləyirik. Xəyal millinin əsas üzvlərindən birinə çevrildi.

- Azərbaycan millisi bu tsikldə nələrə nail oldu?

- Bilirdik ki, çətin qrupdayıq. Püşkatmadan sonra Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. Faciəni tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər şeyə qarşı mübarizə aparmaq olar. Futbolda çox sürətlə inkişaf edir. İstəkli olmasan, taktiki düz oynamasan, təsir edir. 4 oyunda taktiki baxımından oyunçularda irəliləyiş var. Oyunçularımıza inam da gəldi.

- Hesabda 1:3 geridə olanda Abbas Hüseynov cinah yarımmüdafiəçisi kimi oynadı. Orada Rüfət Abdullazadəni də orada düşünmək olardı. Abbası təcrübəsinə görə meydana buraxdız

- Oyundan öncə fikirlərimiz var idi. Şahruddini dəyişmək firkimiz yox idi. Xəyal Əliyev, Qismət Alıyev, Renat Dadaşov da yorulmuşdu. Səbr edirdik. Renat oyundan çox düşmüşdü. Qismət Alıyevə kömək üçün ora Abbası buraxdıq. İkinci hissənin son dəqiqələrində sağ cinahda aut qazandıq, pressinq etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüfiəçi kimi oynamasında problem yox idi. Oyunun axarı onu istədi.

- Futbolçu nəsili demək olar ki, yetişmir. AFFA ilə müqaviləni necə imzaladığınız açıqlanmayıb. Millidə qalsaz, hansı müddətdə hansı plan düşünəcəksiz? Millini D divizionundan C divizionuna yüksəltmək, yoxsa ən aşağı bazada nəyəsə nail olmaq?

- Biz ilk olaraq, D liqasından qalxmalıyıq. Oradakı rəqiblər imkan verir ki, başabaş mübarizə aparaq. Problemlər çoxdur. Biz istəyirik ki, futbolçular tam formada olsunlar. Millinin ən az seçimi olan vaxtı idi. Geniş seçim deyildi. Oyundan qabaq desəydim, başqa cür başa düşülərdi. Sağ cinahda çox fikirləşdik ki, nə edək? Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismətdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədir. Uzun söhbətdir. Qısa vaxtda demək lazımdırsa, əl-lə verməliyik. Futbolun inkişafı tək AFFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq.

- Tsikl başa çatdı. Komandaya çox çətin vəziyyətdə gəlmişdiz. Bundan sonra taleyiniz?

- İnşallah. Səbir edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyniz suallara aydınlıq gələcək.

- Əsas problem bir sıra futbolçuların klublarında oynamamasıdır. Onlar görünür ki, pulu düşünürlər. Həmin futbolçulardan hansısa birini "Şamaxı"ya gətirmək fikriniz var?

- Gəlsələr, hamısını götürüərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Milli futbolçuları ideal formada olsa, zədəli olmasalar, potensial yüksəkdir.

- Millətlər Liqasında hücum futbolu görəcəyik millidən?

- Hücum və müdafiə futbolu söhbəti birinci yerdə dayanır. Oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm futbollara diqqətlə baxın. ÇL-də bəzi komandalar var ki, "Mlan", "Yuventus" harada, necə müddafiə olunur. Burada fikir dəyişməlidir. Birinci hissədə Fransanı rəqib tərəfdə sıxmaq istədik. Fransa, Ukrayna və İslandiya bu qədər hücum etməmişdi. Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan.

- Matçdan öncə məşqdə Sərxan Hacıyevlə söhbət edirdiz. Gələcəyinizlə bağlı söhbət idi?

- Gələcəklə bağlı ayaqüstü söhbət olmur, oturmalıyıq (gülür). AFFA rəhbərliyi hər məşq, oyunqabağı söhbətlər olur, futbolçuların yanındadırlar. Onlara təşəkkür edirəm. Fransa ilə oyundan danışırdıq.

- Mətbuata qarşı həmişə yaxşı olmusuz. Sizin futbolçularınızda belə deyil. Anton Krivotsyuk, Renat Dadaşov mətbuata hörmətsizlik edirlər. Millidə vətənpərvər ruhu oyandırırıq. Bu da onun bir hissəsidir. Ricam odur ki, bu məsələni futbolçularla danışasınız...

- Birinci dəfədir eşitdim. Ola bilər. Nəzərimizdə olar, bu barədə futbolçularla danışırıq. Həmişə deyirik ki, futbolçular mətbuatdan qaçmasınlar.

- Rza Cəfərovu "Şamaxı"ya gətirib, Rikardo Fernandesi ehtiyatda saxlayarsız?

- Bu yay olsaydı, fikirləşərdik. Bəlkə də Rikardonu milliləşdirək? (gülür).

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

09:47

AFFA-nın bu Departamenti Rövşən Nəcəfin dediklərini qulaqardına vurur - YAZI

09:19

II Liqa: 24-cü turda daha iki matç - YENİLƏNİR

09:07

Premyer Liqada 29-cu tura bu gün yekun vurulur - YENİLƏNİR

00:33

La Liqada çıxış etmiş hücumçu “Qarabağ”ın hədəfində - ÖZƏL

00:05

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

23:28

AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal

22:56

Cəbrayıl Hacıyev: “Çempion olmaq istəyirdim”

22:41

Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin finalçıları məlum olub

21:55

Vitali Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

21:40

Qurban Qurbanov: “Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər”

20:51

Premyer Liqa: “Qarabağ”dan darmadağın - YENİLƏNİB

19:55

Boksçumuz Dünya Kubokunun qalibi olub

19:15

Azər Bağırov: “Səhvlər təkrarlanır”

18:51

Ayxan Abbasov: “Milliyə namizəd futbolçuların hamısı məni narahat edir”

18:26

II Liqa: XXIV tura start verilib - YENİLƏNİB

18:08

Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb - FOTO

17:37

Millimizin üzvü Qazaxıstan klubunda - RƏSMİ

16:39

ABL: “Sabah”ın finaldakı rəqibi bəlli oldu

15:35

ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş keçirib - FOTO

15:23

“Şamaxı” - “Kəpəz” : HEYƏTLƏR

15:13

Premyer Liqa klubu Elvin Cəfərquliyevlə danışıqlara başladı - ÖZƏL

13:47

İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”

13:13

Həddinizi bilin! - KÖŞƏ

12:23

Axundzadə oynamadı, komandası qalib gəldi

11:41

Xetaq Qazyumov ilin məşqçisi seçilib

10:56

Asiya Çempionlar Liqasının qalibi bəlli olub

10:20

Üç boksçumuz Dünya Kubokunun finalında

00:34

AFFA Dünya Çempionatında iştirak edəcək millinin məşqçisinə bu qədər pul ödəyir - ÖZƏL

00:07

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

23:36

Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib

22:47

4 güləşçimiz Avropa Çempionatının finalında

22:27

İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı

21:54

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib

21:33

Kaxaber Tsxadadze: “Olduğumuz yerə layiq deyilik”

20:49

Andrey Demçenko: “Texniki cəhətdən çatışmazlıqlar var”

20:35

“Neftçi” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi

20:21

“Sumqayıt”dan inamlı qələbə, “Qəbələ”dən heç-heçə - YENİLƏNİB

19:55

İdmançımız Daşkənddə beynəlxalq yarışda iştirak edib

19:29

Jorj Kaşkilya: “Hakimlərdən narazıyam”

19:12

Saşa İliç: “Belə hal təkrarlansa…”

18:35

ABL: İlk finalçı müəyyənləşib

17:24

“Barselona” 18 yaşlı vingerlə maraqlanır

17:08

24 yaşlı hücumçu İtaliya nəhənginin radarındadır

16:43

"Mançester Siti" Mərakeş millisinin üzvünə "elçi" düşüb

16:17

"Neftçi" və "Qarabağ" birgə bəyənat yaydılar

16:05

Trafford "Mançester Yunayted"ə keçməkdən imtina etdi

15:40

"Sabah" əsas heyət üzvü ilə bağlı yekun qərarını verdi - Təzminat ödəniləcək

15:22

Türkiyə klubu Levandovski üçün təklif göndərməyə hazırlaşır

15:04

"İmişli" - "Sumqayıt": Heyətlər

14:48

İstanbul derbisini Avropa nəhəngləri izləyəcək

14:37

"Qalatasaray" Fransa millisinin üzvünü heyətinə qatmaq istəyir

14:25

Millinin baş məşqçisi: “Hədəfimiz hamını qürurlandıracaq komanda formalaşdırmaqdır”

13:46

"Real" argentinalı vingeri icarəyə verəcək

13:07

Millimizin Dünya Çempionatı üçün planı bəlli oldu - Sərxan Hacıyev AÇIQLADI

13:05

Elvin Cəfərquliyevin şəxsi həyatı, yoxsa futbolu? - YAZI

12:40

"Neftçi" - "Qarabağ" matçına bu qədər bilet satılıb

12:27

Azərbaycanın 4 boksçusu Dünya Kubokunda yarımfinala yüksəldi

11:55

Bu futbolçu İtaliya klubunu tərk edə bilər

11:21

34 yaşlı hücumçu daha 2 il Almaniya klubunda qalacaq

11:09

Argentina millisinin üzvü "Tottenhem"lə anlaşdı

10:46

La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

10:23

Ranyeri "Roma"dan ayrıldı

10:09

"Barselona" mənimlə görüşmək istəsə, məmnuniyyətlə gedərdim"

09:42

Kenan Yıldız "Milan"a qarşı oynayacaq?

09:29

"Tottenhem" psixoloq axtarır

00:58

Braziliya millisinin üzvü “Atletiko”nun hədəfində

23:57

“Trabzonspor” Onananın əvəzedicisini tapdı

23:43

Jalə Əliyeva: “Məqsədim çempion olmaq idi”

22:56

Jalə Əliyeva yenidən Avropa üçüncüsü oldu

22:30

Güləşçimiz Avropa Çempionatının finalında