00:40 11.12.2025 122

"Sanki "Ayaks"ın əvvəlki 5 oyunda alınmadığı bu matçda alındı" – Qurban Qurbanov

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Ayaks"a doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli oyun, bu qədər bolqollu oyun nadir hallarda olurdu. Sadəcə bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki bu gün "Ayaks"ın əvvəlki 5 oyunda alınmadığı bu oyunda alındı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Ümidvaram ki, azarkeşlər və biz bərabərlik haqda düşünmürdük. Qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə əksinə oldu".

- "Qarabağ" qələbə istəyirdi deyə, hesabda öndə olanda da irəli atılırdı və əks-hücumlardan qol buraxdı?

- Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, onu saxlamalıyıq. Belə böyük oyunlarda futbolçularıma bildirmişəm ki, sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq, filan...Yox. "Ayaks" topla yaxşı davransa da, risklərə gedirdik. Ona görə qol epizodları saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu.

- Bu cür rəqiblər səhvləri bağışlamır. Həmin səhvlər nədən qaynaqlanırdı?

- 1-ci və 2-ci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsiz oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunçuluq var idi. O epizodlarda sürətdə uduzduq.

- Sizə elə gəlmir ki, 2:1-də Zubirin qaçırdığı epizod idi?

- Elə epizodlar çox oldu 1:0-da da qol şanslarımız var idi, 2:2-də də. Saya bilərik. Epizodlardan əlbəttə ki, rəqib daha yaxşı istifadə etdi.

- Sonradan meydana buraxdığınız oyunçulardan nə dərəcədə razı qaldız? Xüsusilə də Nəriman?

- Tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə bu dəfə alınmadı.

- Nəriman Axundzadənin performansından razı qalmayıb azarkeşlər. Deyirlər ki, o, meydana çıxanda "Qarabağ"ın hücum xətti zəifləyir...

- Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım.90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik ÇL matçlarını. Bəlkə də 3 ən yaxşı oyunlardan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur.

- "Ayntraxt"dan oyundan əvvəl bizim çempionatımızda 1 həftə fasilə olacaq. Bundesliqa davam edəcək. Bu, "Qarabağ"a pis təsir edə bilər?

- Ola bilər. Çünki onlar daha idman formasında olacaqlar. Çıxış yolumuz yoxdur. Yoldaşlıq oyunları keçirməyi fikirləşəcəyik. Çempionat oyunlarına hazırlaşacağıq. Futbolçular üçün psixoloji tərəfdən asan olmayacaq. İstirahət vaxtından maksimum faydalı istifafə etməliyik. İlk rəsmi matçımız da "Ayntraxt"a qarşı olacaq.

- Pley-off şanslarınızı necə dəyərləndirirsiz?

- Futbolçular üzgün idi. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardı. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdilər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik.

- A komandası 7 xal yoplayıb. U-19 komandanız isə 6 matçının hamısında böyük hesabla uduzdu. Bununla bağlı fikriniz necədir? O komandadan gələcəkdə A komandaya gəlmək ehtimalı var?

- Bu, bizim Azərbaycan futbolunun yeridir Əgər U-19 komandamız fərq bu qədər hiss oluursa 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacaq? Bu, bizim üçün böyük təhlükədir gələcəkdə. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir. 4-5 ildən sonra....Bunun sonu necə olacaq, bilmirəm. Biz mütləq "Qarabağ" olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn "Ayaks"dır. Onların şəraitdən danışılası deyil. O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. "Barselona"nın, "Çelsi"nin, "Borussiya"nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür.

- Bizim böyüməyimizə ümid yoxdur?

- Ümid yoxdur kimi yanaşa bilmərik. Ümidsiz olacağıqsa, gərək futboldan uzaqlaşaq. Hər bir halda, çalışıb ən azından onlarla ayaqlaşmaq lazımdır. Biz bir klub olaraq, onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan rəqiblərdir ki..Futbol elə səviyyədədir ki, hesablar 4:0, 6:0 olur. Final matçlarında da 5:0 kim hesablar olur. Halbuki eyni səviyyədə komandalar qarşılaşır. Biz çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Avropada böyük klublar bunu edir. Hər bir halda, pozitiv və ümidli olmalıyıq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?