01:10 6.11.2025 178

Qurban Qurbanov Qvardiola olmaq istəmir - MÜSAHİBƏ

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən “Qarabağ” – “Çelsi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Azarkeşlərə təşəkkür edirəm. Qarşıdan Zəfər Günümüz gəlir. Oyunçularımın bu gün mübarizə aparması məni çox sevindirdi. Sona kimi bərk durmağı bacardılar. Baxmayaraq ki, Avropanın ən güclü klublarından birinə qarşı oynayırdıq. Çəkinmədilər, azərbaycanlıya xas xarakter göstərdilər. Bu gün bir xal qazandıq. İngilis klublarına qarşı ilk xalımız oldu. Bu cür oyunlar, nəticələr bizə böyük inam verir. Ən vacibi də futbolu ölkəmizə, azarkeşlərimizə, rəhbərliyə sevindirir. Qarşıda “Napoli”, “Ayaks”a qarşı oyunlar var. Bəlkə də, gözləyirlər ki, bizimlə oyun olsun, üç xal qazansınlar.

- Kadi Borgesin sağ cinahda oyuna başlaması nə ilə bağlı idi?
- Rəqibin oyununa görə. Onların üslubuna görə belə addım atdıq.

- İki xal itirdiniz, ya bir xal qazandınız?
- Xallarımızın üstünə xal gəlibsə, deməli, qazanmışıq. 0 da ola bilərdi. Xalımız 7 oldu.

- Kənarda bu qədər soyuqqanlı olmağı necə bacardınız?
- Bəlkə, xarakterimlə bağlıdır. Belə deyək, nə var, odur.

- “Çelsi”yə qolu 10 nəfərlə olanda vurdunuz...
- Bəli, azlıqda olanda qol vurduq. Ola bilər, rəqib həmin dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki onların da 10 nəfərlə qaldığı anlar var idi. Həmin an ehtiyat etdik. Şansımız düşən kimi istifadə etməyə çalışdıq. Belə hallar olur. Bəzən bir komanda 60-70 dəqiqə azlıqda oynayıb qol vurur. Bunlar futbolun düşünülməyən tərəflərindən idi.

- Pley-off mərhələsinin hesabları gedir. “Qarabağ”ın turnirlə bağlı xəyalları nədir?
- İlk gündən fikirlərimi söyləmişdim. 2017-ci ildəki vaxtdakı komandadan indiki fərqlənir. Daha böyümüşük. Heyətdə elə oyunçular var ki, bizə gələnə qədər böyük turnir görməmişdi. Düzü, rəqiblər bilinəndə narahatlığım var idi. Bəzi futbolçuların həyəcanı məni narahat edirdi. Şükürlər olsun, bir-birimizə güvənimizdən, kollektivi ələ almağımızdan mübariz komanda yarandı. Qrup mərhələsinin oyunlarına kimi inanırdım ki, bura düşəcəyik. İlk turdan məqsədimiz bu idi və buna nail olduq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Məşqdən, xallardan doymamalıyıq. Daha çox məşq edib, uğurun dalıyca qaçmalıyıq.

- “Çelsi”nin start heyətini görəndə onların bizə yuxarıdan aşağı baxdıqlarını düşünmədiniz?
- Belə böyük komandalarda ehtiyat heyət anlayışı yoxdur. İlk dəfə deyil ki, bu heyətlə oynayırlar. Həm Çempionlar Liqasında, həm Premyer Liqada, həm Kubokda mübarizə aparırlar və rotasiyalar etmək məcburiyyətindədirlər. Hər oyun eyni heyətlə oynamaq asan deyil. Belə klublar inanmıram ki, hansısa kollektivə yuxarıdan aşağı baxsın.

- 2017-ci ildə burda məğlub olmuşdunuz. Həmin vaxt müsahibənizdə demişdiniz ki, bu cür matçlar sizi gücləndirir. Bəs siz özünüz bu müddətdə necə inkişaf etmisiniz?
- Bu oyunlarda biz qazanırıq. Böyük klubların ölkəyə gəlməsi bizim üçün uğurdur. Uğur qazanmaq üçün böyük sınaqlardan keçmək lazımdır. 2017-ci ildəki heyət ayrılıqda daha güclü ola bilər, amma bizim təcrübəmiz daha artıb. 2017-də ilk dəfə bu turnirdə oynamışdıq. İndi isə ikincidir, avrokuboklarda daha çox oyun keçirmişik.

- Bu gün meydana üç xal üçün çıxmışdınız?
- Oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər şərait yaradırsa, hücumda oynamalıydıq. Risklərə gedəcəyimi də demişdim. Bu gün risklər də etdik. Bu cür rəqiblərə qarşı risk etmək lazımdır ki, inamı tapasan. İlk dəqiqələrdən müdafiədə qalsaq, qorxaqlıq hissi yarana bilərdi. Hər şeyə real baxmalıyıq. 90 dəqiqə hücum futbolu oynamağımız da mümkün deyil.

- Kadi Borgesin durumu necədir?
- Dəqiq nəsə deyə bilməyəcəyəm. Ciddiyə oxşayır. Ayaq hisəsində kiçik sümüklərdən birinin qırıldığı ehtimal edilir. Sabah dəqiq bilinəcək.

- Qarşıda “Liverpul”la oyun olacaq...
- “Liverpul” dünən “Real”ı məğlub etdi (gülür). Oyun onların meydanında olacaq. O cür azarkeşlərin qarşısında oynamaq asan deyil. Yenə də sağlam oynamağa çalışacağıq.

- Mareska oyunsonrası sanki qəzəbli idi. Qələbə qazana bilmədikləri üçün belə olduğunu düşünürsünüz?
- Xeyr. Ola bilsin, məyusluğu var. Pozitiv məşqçidir. Oyundan əvvəl dialoqumuz oldu. Çox xoş, alicənab insandır.

Rəqib ikinci hissəyə üç dəyişikliklə başladı. Sizcə, Mareska “Qarabağ”ın əsl gücünü görüb belə addım atdı?
- Deməzdim. İlk hissədən sonra məğlub idi. Oyunu sürətləndirmək istədiyi üçün bu dəyişiklikləri etdi. Bu, bizə ciddi yanaşdıqlarını göstərir. Bəlkə də, əvvəlcə planı həmin oyunçuları 15-20 dəqiqə oynatmaq fikri var idi. Amma gedişat ona bunu etdirdi.

- Rəqib müdafiəsində Hatonun oynaması sizin Kamilo Durana əlavə tapşırıqlar verməyinizə səbəb oldu?
- Bəzi detalları açıqlamağım düzgün olmaz. Oyuna dünəndən hazırlaşmışdıq. Öz hücumlarımız var idi. Xeyli sayda onları edə bildik. Rəqibdə adlar dəyişir, sistem eynidir.

- Leandro Andrade demək olar, hər oyun 60-cı dəqiqələrdə əvəzlənir. Bu, nə ilə bağlıdır?
- Andrade sürətli futbolçudur. O, hər oyun digər futbolçulara nisbətən maksimal sürəti çox olur. Belə matçlarda yorğunluğu hiss olunur. Ona görə əvəzləmişik.

- Qazandığınız nəticə sizə əlavə yük olmur?
- Ən böyük uğuru qazanmaq ən yaxşı baş məşqçi deməkdirmi, bilmirəm. Ən yaxşı nəticə verən məşqçi desəniz, daha uyğun olar. Avropada tək “Qarabağ” olanda mənimçün əlavə motivasiya yaranır. Çünki məğlub olsaq, heç kim qalmış olmur.

- 30 ildir, Çempionlar Liqası oyunlarına baxıram. “Qarabağ”ın Aleks Ferqyusonu olmaq, ya “Qarabağ”dan ayrılıb, Qvardiola, Mourinyo kimi olmaq istərdiniz?
- Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib və belə qalmaq istərdim. Məncə, suallar bitdi, gedək, “Qalatasaray”ın oyununa baxaq (gülür).
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?