21:24 1.02.2026 298

"Çox narahatam" – Qurbanov

Misli Premyer Liqasının XVIII turunun "Qarabağ" – "Turan Tovuz" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. 


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...


"Vacib qələbə idi. Futbolçularım xarakter göstərdilər. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. "Turan Tovuz"un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar".


– Adətən, səfər oyunlarından sonra ikinci heyətə üstünlük verirsiniz. Bu gün isə "Turan Tovuz"a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?


– Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var. Narahat olduğum zədələrdir. Belə matçlarda mikro zədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq. 


– Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?


– Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə bir az çox oyun dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilər. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra ona bildirdim səbəbi. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilirlər. 


– 21 il sonra "Nyukasl"ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?


– Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orda sanki başqa bir futbol var. İngiltərə Premyer Liqası bütün liqaları üstələyir. Dünən yəqin "Liverpul" – "Nyukasl" oyununa baxdınız, ilk hissədə demək olar, oyun 2 dəfə dayandı, ya yox. Orda futbol başqadır. Hər komanda sona kimi mübarizə aparır. Elə bil forma yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.


– İbrahima Vadjinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?


– "Qırmızı"ya ehtiyac yoxdur. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol mübarizələr oyunudur. O epizodlar azarkeşlərdə daha həvəs yaradır. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidir, amma Vadjidə məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.


– Çempionlar Liqasındakı uğurunuza görə, bəzi klublar sizi təbrik etmədi. Münasibətiniz necədir?


– Normal. Dünya futbolunda belə hallar var. Hamısı dostlarımızdır, özümüzünkülərdir. Hər klubun öz strukturu, sistemi var. Neqativ düşüncələrim yoxdur.


– "Liverpul"la oyunun ikinci hissəsində böyük ekranlarda məyus görünmüşdünüz. Belə hallarda sizi kim təsəlli edir?


– Mənə 90 dəqiqə baxsanız, məyus görünürəm (gülür). Özüm, klubum, Azərbaycan futbolu üçün bizim pley-off mərhələsinə çıxmaq böyük uğurdur. 10 xal topladıq, sevinməliyik. Amma hamımız məyus idik. Azarkeşlər də fərqli yanaşırlar. İstər-istəməz bəzi anlarda təəssüf hissi yaranır. Hər birimizin həyatda problemi olur. Futbol elədir ki, bir oyun qəhrəman olursan, bir oyun əksi. İndi futbol elə həddədir ki… İngiltərə Premyer Liqasında hər oyunda 4-5 qol olur, hər komanda bir-birinə qalib gələ bilir. İndiki 4-5 qollu oyunlar o vaxtın 0:0-larına bənzəyir. Futbol çox inkişaf edir. Çempionlar Liqasında 13 qol vurmuşuq, az deyil. Əvvəl il ərzində demək olar, 1-2 oyun böyükhesab qeydə alınırdı, amma indi hər tur bolqollu qarşılaşmalar olur.


– Vaxtilə futbolçusu olduğunuz "Baltika" sizi təbrik etdi. Sizinlə birbaşa əlaqəyə keçiblər?


– Xeyr. Amma yenə sağ olsunlar, hər birinə təşəkkür edirəm. Yuri Syominlə danışmışdım, təbrik etdi.


– "Sabah"ın davamlı yüksəlişi şəxsinizdə və komandada həyəcan yaradır?


– Narahatlıq həmişə olur. Qarşımıza çempionluq məqsədi qoymuşuqsa, bu, normaldır. Digər tərəfdən də sevinirik ki, çempionatda mübarizə gərginləşir. İdmandır, bir gün udursan, bir gün uduzursan. "Sabah" gəlir, həyəcanlı olaq, deyə fikirləşməməliyik. 


– "Nyukasl"la səfər oyunundan öncə "Neftçi" ilə matç var. Təxirə salınma istəyəcəksini?


– Planda var, amma qarşıdakı günlərdə daha dəqiqləşəcək. Uzun səfərdir və oyunlar arasında vaxt azdır. Proqramımıza baxacağıq, uyğun görsək, təxirə salına bilər.


– "Nyukasl"la oyunöncəsi Şamaxı və Quba səfəriniz var. Burda meydançalar süni örtüklüdür. Narahatlıq var?


– Çox narahatam. "İmişli" ilə oyunda həva şəraiti pis olsa, həmin meydançada oynamaq çətin olacaq. Zədələrə görə narahatlıq var. Ümumilikdə, bu matçları "Nyukasl"la qarşı yaxşı hazırlıq kimi düşünmürəm. Narahatam. Qarşıdakı günlərdə hansısa rotasiya edə bilərik. Bizim daha çox oynamağa, oyun təcrübəsinə ehtiyac var. Lazım olsa, risklərə gedəcəyik.


– Pley-off üçün üç oyunçu sifariş edə bilərsiniz. Yeni transfer Jereminin Bakıya gələcəyi deyilir…


– Bəli, var. Bakıya gəlməlidir. Rəhbərliklə danışmamışam tam.


– Digər iki yer üçün Ramil və Kadi heyətə salına bilər?


– Baxacağıq. Hansı xəttə daha çox oyunçu lazım olacaq, mütləq edəcəyik. Hazırda boş yer yoxdur və əvəzetmə üçün kimisə çıxarmalıyıq. Götür-qoy edəcəyik. Qarşıda vaxtımız var.


– Quba və Şamaxı səfərinin yerinin dəyişməsi variantı var?


– Deyəsən, bir dəfə dəyişmişik. Olsaydı, böyük məmnuniyyətlə edərdim. Amma idman qaydaları var.


– "Nyukasl"la oyuna kimisə göndərmək fikriniz var?


– Xeyr. Püşkatmadan öncə də onların oyunlarına baxırdıq. Burda da işimiz çox olacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

17:25

“Barselona”nın futbolçusu “Beşiktaş”ın hədəfində

17:21

“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub

17:17

Kəmər dərəcələri üzrə növbəti imtahan

17:00

"İmişli" Kaşkilya ilə vidalaşdı - RƏSMİ

16:48

Pley-off öncəsi “qapı” həyəcanı

16:40

Uels millisinin üzvü Londondan “Lid”sə köçür

16:29

"Barselona"nın sabiq futbolçusu Türkiyə yolunda

16:06

Braziliya, Almaniya və Niderlandın DÇ-də növbəti sınağı

15:50

56 illik rekord təkrarlandı

15:32

Afrikalı futbolçu PSJ-də

15:05

Millinin baş məşqçisi istefa verdi

14:49

Reşford təklifi rədd etdi

14:21

"Araz-Naxçıvan"ın hazırlıq planı

14:04

"Neftçi" ukraynalı ilə danışıqlara başladı

13:52

Fransalı vingerdən “Liverpul”a “yaşıl işıq”

13:32

İngiltərə nəhəngində ciddi itki

13:03

"Sabah"dan ayrıldı, I Liqa klubuna keçdi

12:49

Prezident sərt tənqid etdi, baş məşqçi istefa verdi

12:29

Montellanın Türkiyə millisindəki taleyi bilindi

12:02

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

11:50

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

11:33

PSJ-də yeni qapıçı

11:03

İngiltərəli futbolçu "Milan"a təklif olundu

10:49

Messi və Ronaldunun rekordunu təkrarladı

10:31

Afrikalı qapıçıdan rekord

10:10

"Neftçi" Sloveniyaya 27 futbolçu ilə yollandı - SİYAHI

09:50

Ramil Şeydayev Rusiya klubuna keçə bilər

09:29

İspaniya nəhəngi Harri Keyni istəyir

09:00

Federasiya prezidenti istefa verdi

01:00

DÇ-2026: Pley-offa yüksələn ilk komanda bilindi - YENİLƏNİB

23:36

Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb

23:07

Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu

22:40

Bu millinin baş məşqçisi istefa verdi

21:54

Millimiz Çin Qran-Prisini 4 medalla başa vurdu

21:39

“Sabah” Macarıstan klubu ilə heç-heçə etdi

20:52

Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər bəlli oldu

19:37

“Turan Tovuz”un yay hazırlıq planı bəlli oldu

18:43

“Qarabağ”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

17:31

Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub

16:28

Şahmatçılarımız Vətənə qayıdıb

15:30

“Çelsi”nin futbolçusu İtaliya klubunun hədəfində

14:20

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

14:03

“Sabah” Macarıstan klubuna qarşı

12:50

Daha bir futbolçu komandada qaldı

12:46

“Əl-Əhli”dən 25 milyonluq transfer

12:29

Baş məşqçinin yoxluğu az çəkdi

11:33

Qurban Qurbanov: “Bu istəklə və templə davam edəcəyik”

10:38

Millinin heyətində istefa

09:56

DÇ-2026: Qrup matçlarına yekun vuruldu

09:30

DÇ-2026: Növbəti mərhələyə yüksələn komandalar müəyyənləşdi

09:09

İngiltərə, Qana və Xorvatiya 1/16 finalda

00:37

“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq

23:34

19 yaşlı futbolçu “Siti”də

22:57

Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi baş tutub

22:21

Cüdoçularımız Avropa Açıq Turnirində 3 medal qazanıb

21:58

“Zirə” Özbəkistan klubu ilə bacarmadı

21:23

“Qarabağ” Avstriya klubunu darmadağın etdi

20:55

“Şəfa”nın məşqçi heyəti müəyyənləşdi

20:38

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib

20:13

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

19:09

Niderland millisinin üzvünün yeni klubu bəlli oldu

18:39

Bu futbolçu “Real Madrid”in yeni kapitanı olacaq

18:35

İspaniya millisinin üzvü üçün DÇ bitdi

18:26

Cüdoçularımızdan Çin Qran-Prisində iki medal

18:00

Mourinyo onu “Real”da istəmir

17:30

DÇ-2026: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

17:11

“Qalatasaray”ın sabiq üzvü Azərbaycanda oynaya bilər - ÖZƏL

17:07

İspaniya futbol tarixində ilk

16:50

Het-trik etdiyi oyunun topunu özü ilə apardı

16:28

Millidə itki