
“Milan”ın futbolçusu Kristian Pulişiç karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “Liverpul” amerikalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Qırmızılar” mövsümün sonunda Pulişiç üçün hərəkətə keçəcək.
Amerikalı futbolçu bu mövsüm 16 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İngiltərədə “Çelsi”nin formasını geyinib.