17:48 17.02.2026 84

"Bakıda qalib gəlmək istəyirik" – Qurban Qurbanov

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Nyukasl"la qarşılaşacaq.


Sport1.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Ələlxüsus da bu cür rəqibə qarşı. "Nyukasl" çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da mənə inam verdi ki, futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. "Nyukasl"ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanımızda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. "Nyukasl" həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar".


- "Qarabağ" da daim hücum etməyə üstünlük verən komandadır. Liqa mərhələsində hər rəqiblə bir dəfə oynadınız, bu dəfə bir rəqiblə iki dəfə oynayacaqsınız. Buna görə sabah "Qarabağ"ın ehtiatlı oynayacağını gözləyə bilərik?


- Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü... Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Əgər nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq, bunu düşünərik.


- Azərbaycan çempionatının son oyununda demişdiz ki, futbolçuların bərpası üçün 3-4 gün lazım olacaq. Komanda sabaha hazırdır?


- Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə geri dönməyə ehtiyac yoxdur. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez bir zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdırlar. Oyunun gedişatında, hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, sonradan da mübarizə aparacaqlar.


- Montiel son vaxtlar yaxşı formadadır, Kadi Borges də siyahıya geri qayıdıb. Oyuna kiminlə başlayacağınıza qərar vermisiz?


- Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə də əlavə variantdır. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik.


- Nəriman Axundzadə siyahıda yoxdur. Əlavə kimisə sifariş etmək olar?


- Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.


- Sabahkı matç "Qarabağ" üçün nə ifadə edir? İlk oyunda qalib gəlsəz, mərhələ adlamaq şansınız çoxalacaq?


- Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dır. Amma minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm.


- Sabah Mateuş Koxalski meydana çıxa biləcək?


- Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faizli riskli bir bir şey olmasa, meydana çıxacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı

15:11

“Real Madrid”də vida günü: iki futbolçu son oyununa çıxır

14:47

“Kəpəz” – “Neftçi”: “11-lik”lər bilindi

14:23

Azərbaycan yığması İspaniyada təlim məşq toplanışında olub

14:02

Ayxan Abbasov millinin heyətini açıqladı

13:49

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

13:29

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

13:11

UEFA Avropa Liqası: “Beşiktaş” “Qarabağ”ın potensial rəqibi oldu

12:44

İsmail Kartaldan “Fənərbağça” açıqlaması

12:33

Türkiyə Superkubokunda cütlüklər müəyyənləşdi

12:20

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub

11:46

"Liverpul"un sabiq qapıçısı karyerasını başa vurur

11:25

Bu futbolçu yayda "Çelsi"yə keçəcək

11:05

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq

10:48

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

10:26

Parakarateçilərimizdən uğurlu çıxış

10:14

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

09:51

“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu

09:20

Fransa kubokunun qalibi müəyyənləşdi

23:58

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

23:43

Qurban Qurbanov: “Bizim işimiz hələ davam edir”

22:26

Sakarya Gənclər və İdman İdarəsinin nümayəndə heyəti “Kəpəz”in qonağı olub

21:58

Kikboksçularımızdan Dünya Kubokunda 32 medal

21:23

“Sabah” və “Qarabağ” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:56

“Real” Alaba ilə bağlı qərarını verdi - RƏSMİ

20:32

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb

20:20

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

19:48

Kurban Berdıyev: “Bu mövsüm bizə göstərdi ki…”