22:34 12.08.2025 163

"Bəzən müəyyən çətinlikləri aşmaq lazımdır" - Qurban Qurbanov

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Şkendiya"nı 5:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov qələbə haqda danışaraq jurnalistlərin suallarını cavablandırdı:

"Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları çox intizamlı, alicənab aparırdılar özlərini".

- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiz?
- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi səviyyəyə çatıb ki, istənilən oyunda 3-5 qolluq oyun ola bilər. Bu cür qalibiyyətlər xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.

- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiz?
- Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq, Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki qabaritləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq.

- Bu matç sizə "Lex"lə matçı xatırlatdı? Ssenari eyni idi sanki...
- Belə oyunlar olur. 2-3 ildən bir, belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq qalibiyyət əldə edərik.

- Sami Mmaenin oyununu necə şərh edərdiz?
- Onun oyununu hansısa fikir söyləməyə ehtiyac yoxdur. Onun futbol qabiliyyəti və intelekti cəlbedicidir. Ötürmələri, oyunu idarə etməsi bu kimi şeylər bizi daha çox cəlb etmişdir. Oyuna çıxandan sonra lazımı anda oyunu sakitləşdirə bilirdi, pressinqdən çıxmaq qabiliyyəti var idi. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidir.

- Marko Yankoviçin start heyətinə qayıtması, Kadi Borgesin adət etdiyimiz mövqeyinə qayıtması oyun planında üstünlük verirdi?
- Futbolçuların sağlam olması önəmlidir. Fərqi yoxdur futbolçu ilk dəqiqədən oynadı, yoxsa sonradan. Hər bir futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oyanaynlar bir-birini tamamlayırlar. Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha çox vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.

- "Ferentsvaroş", yoxsa "Ludoqorets" "Qarabağ" üçün hansı rəqib daha yaxşıdır?
- İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayrılmaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa hazırlaşacağıq.

- Premyer Liqanın ilk turunda oyunuztəxirə salınacaq. Komandaya necə təsir edəcək?
- Premyer Liqanın 1-ci turunun təxirə salınması komandamıza təsir etməyəcək. İnanmıram ki, bu, nə mənfi, nə də müsbət təsir göstərsin. Onsuz da çempionatda oynamağa hazır idik. Sadəcə gün fərqi var. “Sabah”ı gözləsək, 2 gün sonra səfərə getməli olacağıq. Əgər “Sabah” bizi gözləsə, onlar da 2 gün sonra bizimlə oynamalı olacaqlar. Bu, sadəcə texniki bir nüansdır. “Sabah”a da, “Araz-Naxçıvan”a da uğurlar arzulayıram.

- Yükün altında “Qarabağ”ın çıxışların davam etdirməsi çətin deyil?
- Hansısa yük varsa, iş saatları da keyfiyyətli olur. Çünki daha dərindən düşünməlisən, daha aktiv olmalısan. Meydanda tək qamaq....Bu perioddur, Sabah tam əksinə ola bilər. Klublarımız daha uğurlu nəticələr əldə edərlər. “Sabah”ın da böyük şansı var. Yaxşı kollektivə malikdirlər. “Levski” ciddi rəqibdir. Onlara uğurlar arzulayıram. Tənqid normaldır. Normal qəbul edirəm. Bəlkə bəzən hardasa təsir edir. İllərdir proses gedir...Həmişə demişəm ki, azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur. Belə olduğu halda, daha da məsuliyyətli, aktiv olursan. Çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq. Yaxşı nəticələr əldə edək.

“İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda oynayacağını nəzərə alsaq, burada səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?
- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Təsəvrrüd edin ki, başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, balkan ölkələrində. Hər oyunda bu qədər atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, aktivli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəsimizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamxıda oynayacaqsa..Daha aktiv klublar üçün minusdur. İstər-istəməz futbolçunu motivasiyası həmən düşür aşağı. Həvəs çox düşür. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problemə çıxarır. Avropa oyundan sonra oyunlarımız ora düşsə...Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrokuboklarda...Kl-dan sonra bir cürdür, Çempionlar Liqasından sonra daha çox vaxt vaxt lazım olur. Bundan sonra gəlib belə meydançalarda 3-4-də oynayacağıqsa, bizim üçün böyük zərbədir..İsti havada da olsa. Qışda yenə soyuq olur Amma belə havada meydançada nə su qalır...Əfsuslar olsun ki, vəziyyət belədir. Biz gələcəyə pozitiv baxmaq, ümidlə baxmaq lazımdır. Hər dəfə deyirik ki, yaxşı olar. Amma ən azından 2 komanda əlavə olundu. Müsbət haldır. Elə bil ki, oyundan sonra digər Avropa oyunlarına hazırla. Maksimum güc sərf edəcəyik ki, futbolçuların küdi pozulmasın.

- Süni örtüklü meydança məsələsini AFFA İK-da məsələ qaldıra bilərsiz. Çıxış yollarının tapılması üçün məsləhət versəz, sizi dinləyərlər?
- Heç mənim orada məsələsəni qaldırmağa ehtiyac yoxdur. Çünki orada hər İK-nin iclasında müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraiti olmalıdır. Amma əgər, yoxdursa, əlbəttə ki, federasiya hər bir komanda 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlaarını yaxşılaşdırarlar. Yoxdursa da daha ciddi addımlar atılar.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

02:05

"Samsunspor" məğlub oldu, KL-də günün nəticələri - YENİLƏNİB

02:01

"Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB

00:21

Ruzanna Avropa Çempionatının finalında

23:53

Qazaxda ilk çempionlar müəyyənləşdi

23:20

“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi

22:47

“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə

22:26

Çempionlar Liqasının favoriti kimdir?

21:43

“Abşeron”la “Turan”dan qələbə

21:26

Azərbaycan çempionatında daha 7 finalçı müəyyənləşib

20:40

David Vilya “Atletiko”ya qayıtdı

20:19

Əqli imkanları məhdud şəxslər üçün yeni layihələr başlayır

19:39

Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi

19:28

"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?

18:56

"Futbolçular çaşqınlıq içindədirlər"

18:14

Nadir Nəbiyev aşağı liqa klubunda futbola qayıtdı

17:53

Premyer Liqanın autsayderinin futbolçuları milli komandalara dəvət aldılar

17:35

Qələbə qazana bilməyən baş məşqçinin müqaviləsini uzatdılar

17:05

Azərbaycan millisi 11 cavabsız qolla uduzdu

16:56

I Liqa: "Səbail" və "Baku Sportinq" səfərdə sevindi - YENİLƏNİB

16:21

Yüksək Liqada pley-off mərhələlərinin başlayacağı tarix bəllidir

16:09

Qazax mütəxəssis “Qarabağ”ın sirrini açdı

15:56

Raulun rekordunu qıran tapıldı

15:28

Balakəndə velosiped yarışı

15:07

Bu stadion təmirə bağlanır: Premyer Liqa üçün hazırlanır – ÖZƏL

14:45

Cüdoçularımız Polşada

14:27

Təmsilçilərimiz Almaniyada sevindilər

14:11

Misli Premyer Liqasında 24-cü turun təyinatları açıqlanıb

13:46

Qazaxda güləş bayramı start götürdü

13:27

Təmsilçilərimiz “Adriatik incisi”ndə uğurlu çıxış etdilər

13:06

Komandalarla və hakimlərlə görüş keçirilib

12:46

"Bavariya"da ciddi itkilər

12:20

Viktor Osimhenə yeni müştəri çıxdı

12:10

Bundesliqa klubu yeni qol silahını tapdı

11:42

İtaliya klubunu bundan sonra o çalışdıracaq

11:24

Salah “Liverpul”un tarixinə düşdü

11:06

Millidə baş məşqçinin taleyi sual altına düşdü

10:48

"Mançester Yunayted" 60 milyon avroluq transferə hazırlaşır

10:28

Levandovski nə edəcəyini bilmir

10:08

Eden Azar VAR sisteminə qıcıq olur

01:57

“Real” və PSJ-dən qələbə, “Bodo-Qlimt” nağılı davam edir - YENİLƏNİB

00:41

Klopp üçün yeni ünvan Almaniya millisi ola bilər

00:24

Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər

23:44

Azərbaycan yığması Bolqarıstana uduzdu

23:11

"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"

22:38

Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür

22:19

Qvardiola: “Onların Çempionlar Liqası titulları bizim illərimizdən çoxdur”

21:35

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı

20:45

“DH Volley”dən növbəti qələbə

20:22

Yaxın Şərqdəki vəziyyət Qran-Prini sual altına saldı

19:43

Finalissima ilə bağlı plan dəyişdi

19:12

Hakim qərarları ilə bağlı AFFA-dan açıqlama – VİDEO

18:55

Federasiya "İstedadların seçimi"nin ikinci mərhələsinə start verir

18:14

AFFA Ramiz Məmmədovun cəzasını azaltdı

17:49

Super Liqa klubunun məşqçisi vəfat etdi

17:37

Fransa klubunda baş məşqçi dəyişikliyi

17:04

I Liqada lider büdrəmədi - YENİLƏNİB

16:48

Apellyasiya Arbitraj Tribunalı Kurban Berdıyevi qismən bağışladı

16:20

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

16:09

Amerikalı oyunçu "Lənkəran"ı tərk etdi

15:54

Donnarumma: "Real"ın qarşısında bizim kimi komanda olacaq"

15:29

"Liverpul" axtardığını "Real"da tapdı

15:13

PFL-in tələblərinə məhəl qoymayan "Şəmkir"in cəzası açıqlandı

14:39

AFFA "Sabah"ın ədəbsiz jest göstərən məşqçisinə rəhm etmədi - CƏZALAR

14:29

UEFA-dan AFFA üçün strateji kommunikasiya seminarı

14:05

Tanınmış mütəxəssis "Real"ı çalışdıracaq?

13:46

“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlandı

13:19

Coy Lens Mikelsin yubileyi - 50

13:06

"Sabah" bunu 100-cü dəfə bacardı

12:54

Luis Enrike: “PSJ yenə də Çempionlar Liqasının qalibi ola bilər”

12:36

"Napoli" onunla müqaviləni uzatmaq istəyir