09:52 28.04.2025 203

Tahir Gözəl: "Komanda mənə və rəhbərliyə inanır"

"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb.

Sport1.az xəbər verir ki, Komanda qızıl medalları Misli Premyer Liqasının XXXII turunun “Sabah”la oyunundan (1:1) sonra təmin edib

Ağdam təmsilçisinin prezidenti Tahir Gözel növbəti çempionluğun ardından klubun saytına açıqlama verib.

O, komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib:

“Qarabağ” daha bir möhtəşəm mövsümü arxada qoymağa yaxınlaşır. Komandamız Premyer Liqanın sonuna 4 tur qalmış ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempionluğu qazandı. Çempionatın qalibi adının finişə bir neçə tur qalmış qazanılmasına baxmayaraq, bu titulun asanlıqla əldə edildiyini demək olmaz. Çünki bütün rəqiblərimiz bizimlə oyunlara motivasiya ilə çıxır, əzmkarlıqla mübarizə aparırlar. Buna səbəb komandamızın ildən ilə daha da inkişaf etməsi, Avropa səviyyəli kluba çevrilməsidir. Uğurlarımız artdıqca, rəqiblərimizin bizə qarşı motivasiyası da böyüyür. Çempionatdakı komandalar daha güclü olduqca, qarşılarında daha güclü “Qarabağ” görürlər. Qazanılan ardıcıl çempionluqlar, Avropadakı uğurlu nəticələr klub daxilində yaratdığımız birliyin nəticəsidir. Klubumuz üçün mənəvi dəyərlər daim ilk sırada olub. Bunun da sayəsində daim ön sıralarda yer almışıq. Komandamız dünya və Avropa reytinqlərində Azərbaycanın ən yaxşısı kimi möhkəmlənib. Üstəlik, bir sıra adlı-sanlı Avropa təmsilçilərini, ölkəmizdə yetərincə azarkeşi olan xarici klubları arxada qoymağı bacarır. Həm nəticələr, həm nüfuzlu reytinq siyahılarındakı mövqeyi ilə “Qarabağ” Avropada sayılıb seçilən, hörmətlə yanaşılan kollektivlər sırasında yer alıb. Bütün bunlar da rəhbərliklə baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün klubun birgə əməyinin bəhrəsidir. “Qarabağ”da rəhbərlikdən, baş məşqçidən sıravi işçiyə kimi hamının arasında böyük mənəvi birlik var. Azərbaycan futbolu üçün rekord olan sayca 12-ci çempionluq münasibətilə İdarə Heyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətini, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

Tahir Gözel avrokubok mövsümü və növbəti hədəflərə də toxunub:

“Çempionatda qazanılan titula qədər komandamız Avropada da sözünü dedi. Çempionlar Liqasında Bolqarıstanda “Lüdoqorets” üzərindəki parlaq qələbə ilə pley-offa yüksələn “Qarabağ” növbəti dəfə bütün qitədə özündən söz etdirdi. Komandamız ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas mərhələsinə yüksəldi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində qitənin adlı-sanlı komandaları ilə 8 görüşə çıxan azarkeşlərini mübarizəsi, gözəl oyunu ilə həyəcanlandırdı. Rəqiblərimizdən altısının – “Tottenhem”, “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo Qlimt” və FCSB-nın növbəti mərhələyə adlaması nə qədər güclü komandalarla qarşılaşdığımızı göstərir. Üstəlik, növbəti dəfə rəqiblərimizdən biri avrokubokların finalında oynayacaq. “Tottenhem” və Norveçdə məğlub etdiyimiz “Bodo Qlimt” yarımfinala qədər irəliləyərək bu raundda üz-üzə gələcək ki, onlardan da biri həlledici görüşə vəsiqə qazanacaq. İstər Avropada, istər çempionatda qazanılan uğurlar komandamızı yeni hədəflərə səsləyir. Bizi Azərbaycan kuboku uğrunda final matçı gözləyir. Bu görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Sabah” çox güclü komandadır. Finaldakı rəqibimiz yaxşı heyətə malikdir. “Sabah” ildən-ilə daha da güclənir. Əlbəttə, bu, futboldur. Biz də finala köklənmişik. “Qarabağ” daha bir titul qazanmağa, ardıcıl ikinci dəfə mövsümü “Qızıl dubl”la bitirməyə çalışacaq. İndiyədək 8 dəfə ölkə kubokunu başı üzərinə qaldıran komandamız 9-cu uğuru əldə etmək istəyir. “Sabah” da avrokuboklara vəsiqə üçün bu qarşılaşmaya böyük önəm verir. Bu matçın azarkeşlər üçün gözəl futbol bayramına çevriləcəyinə inanırıq. Bundan sonra növbəti mövsümə hazırlığa böyük motivasiya və inamla başlayacağıq. Çempion adını yenidən qorumaq, Avropada tarixlər yazmağa çalışacağıq. Qarabağın adını qitədə həmişə layiqincə təmsil etmək ən vacib hədəflərimizdəndir. Biz bu adı daim məsuliyyətlə və layiqincə daşımışıq. Bu adın Azərbaycan üçün dəyərini dərk edirik və onu daha da yüksəklərə ucaltmaq üçün mübarizə aparacağıq. Komandamıza güvənirəm və inamım böyükdür. Komanda da mənə və rəhbərliyə inanır. Bu qarşılıqlı inam bizi daha da irəli aparır və aparmaqda davam edəcək”.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ" növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid