
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" "Nyukasl"la qarşılaşıb.
Sport1.az xəbər verir ki, görüş ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada təmsilçimizin yeganə qolunu Elvin Cəfərquliyev vurub. Millimizin üzvü bununla da adını Azərbaycan futbolu tarixinə yazdırıb. O, Çempionlar Liqasının bu mərhələsində qol vuran ilk azərbaycanlı olub.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/26 mövsümündə bu turnirdə 15 oyun keçirib. Bu görüşlər 1 qol vurub, 2 məhsuldar ötürmə edib.