son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

İrəhimin gəlsin, Rəhim Həsənov – YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 18-02-2026, 16:27

Qoy gülüm gəlsin, ay nənə,

Qoy yarımm gəlsin, ay nənə,

Qapıda duran oğlana,

İrəhimin gəlsin nənə…


Rəhim Həsənov Hakimlər Komitəsinin sədri vəzifəsinə gəldiyi gündən referilərin səhvlərini açıq şəkildə göstərir, epizodlara toxunur, ictimaiyyətə məlumat verir. Bu, gözəl və alqışlanası addımdır. Amma ortada konkret cəza yoxdur.


Bu vəziyyət istər-istəməz xalq ədəbiyyatındakı o misraları xatırladır. Sanki hər dəfə deyilir, danışılır, amma nəticə dəyişmir.


Misli Premyer Liqasının son turunda keçirilən “Araz-Naxçıvan” – “Sumqayıt” və “Kəpəz” – “Neftçi” oyunlarında ciddi müzakirə doğuran epizodlar oldu. Üstəlik, həmin epizodlarda VAR hakimləri də prosesə qoşuldu, referiləri monitor qarşısına çağırdı və qərarların dəyişməsində rol oynadı. Yəni bu, təkcə meydandakı hakimin ani səhvi deyil, videoya baxıldıqdan sonra verilmiş qərarlardır.


Referiləri müəyyən qədər başa düşmək olar. Təzyiq olur, mövqe uyğun olmur, hadisələr ani baş verir. Amma VAR müdaxiləsi ilə baxılan epizodlarda da səhv qərar çıxırsa, buna baxmayaraq heç bir intizam tədbiri görülmürsə, burada artıq ciddi suallar yaranır. Hakimlər toxunulmazdır?


Buradan Rəhim Həsənova bir sual ünvanlamaq istəyirəm: “Sumqayıt” mövsümün sonunda cəmi 3 xal fərqi ilə avrokuboklara vəsiqə qazanmasa, necə olacaq? Komandanın əziyyətini niyə yerə vurursunuz?


Düzdür, "Neftçi" qalib gəldi. Amma penaltidən sonra Bakı təmsilçisinin oyunu alınmasaydı, necə olacaqdı? "Neftçi"nin haqqı niyə yeyilir?


Səhvlər deyilir, açıqlamalar verilir, amma cəza tətbiq olunmur. Bəs onda ədalət necə təmin olunur? Mövsümün taleyinə təsir edən qərarların məsuliyyəti kimdədir?


Haqqı yeyilən komandalara irəhiminiz gəlsin, Rəhim Həsənov…


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR