son dəqiqə SON DƏQİQƏ
Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib

Mourinyo "Real"a qayıdır?

Bölmə adı İspaniya
Yayımlandı 25-02-2026, 11:32

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun "Benfika"dakı gələcəyi ilə bağlı təfərrüatlar bəlli olub.


Sport1.az  İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcının Lissabon klubu ilə müqaviləsində xüsusi bənd yer alır. Həmin bəndə əsasən, Mourinyo mövsüm başa çatdıqdan sonrakı 10 gün ərzində heç bir təzminat ödəmədən klubu tərk etmək hüququna malikdir.


Bu fakt onun yenidən "Real"ı çalışdıracağı barədə xəbərləri gündəmə gətirib. Çempionlar Liqasında məhz "kral klubu"na qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında Mourinyo məsələyə münasibət bildirib:


"Benfika"ilə hələ bir illik müqaviləm var. Madriddə işlədiyim dövrdə klub üçün hər şeyimi verdim. Orada yaxşı və pis günlərim oldu, amma hər zaman ən yaxşı nəticələr üçün çalışdım. "Real" rəhbərliyi və azarkeşləri mənə hörmət edir, mən də onlara. Bu, fantastik hissdir".


Mütəxəssis "Real"ın hazırkı baş məşqçisi Alvaro Arbeloaya da dəstək olub:


"Mən "Real"ı turnirdən kənarlaşdırmağı çox istəyirəm. Amma eyni zamanda istəyirəm ki, Arbeloa La Liqanı qazansın və uzun illər Madriddə qalsın. Çünki o, istedadlı və xarakterli mütəxəssisdir".


Qeyd edək ki, "Benfika" - "Real" qarşılaşması fevralın 18-də baş tutacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR