20:22 12.11.2025 88

"Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm" - Ayxan Abbasov

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda sabah Bakıda İslandiya ilə qarşılaşacaq.

Sport1.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb:

- Sabah bizi gərgin və önənli oyun gözləyir. Evdə oynayırıq. İslandiya üçün də çox önəmli oyundur. Şanslarını itirməmək istəyəcəklər. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. İnanıram ki, bizi tək qoymayacaqlar və bizə motivasiya verəcəklər. Rəqib Fransa ilə son matçda xal qazandı. Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Çox yaxşı oynamışdılar. İlk oyunda ağır məğlubiyyət almışıq. Futbolçulardan o matçı unutmaqlarını istədim. Həmin görüş çox ağır keçmişdi. İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq. Sabah azarkeşlərimizi sevindirmək istəyirik. Gələcəyimiz üçün buna ehtiyacımız var. Bu oyunlar bizim üçün vacibdir.

- İslandiya ilə ilk oyunla müqayisədə nəyi dəyişmək olar?

- İslandiyanın oturuşmuş heyəti var. Avropanın bir çox klublarında oynayan futbolçulara sahibdirlər. Onların özlərinə məxsus oyunları var. Yeni məşqçi gələndən daha kreativ oynayırlar. Əvvəlki oyunları ilə çox fərq var. İlk matç haqda çox da danışmaq istəmirəm. Buraxılan qollardan sonra dağınıqlıq olmuşdu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. Amma Reykyavikdəkı qarşılaşmanı unutmalıyıq. Son matçlardakı əzmkar mübarizəni göstərib, xal qazanmaq istəyirik.

- Azərbaycan millisində məğlubiyyət qorxusu yoxdur?

- Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm. Onlar da bunu istəyir. Futbolçularımızın təzyiq altında olmasına səbəb yoxdur. Rəqib daha çox təzyiqdədir. Onların şansı var. Biz daha rahat öz fubtolumuzu oynamalıyıq. Yeni oyunçularımızın ilk matçı ola bilər. Onlara dəstək olmalıyıq. Ev oyunu olduğu üçün azarkeş dəstəyinin olacağına inanıram.

- Sizin gəlişinizdən sonra milli qollar vurub. Bunun davamını gətirə biləcəksiz?

- Hər oyunda qol vurmaq istəyirik. Millimizin hücum potensialı var. Təəssüf ki, bəzi futbolçular bu matçda iştirak etməyəcək. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan.

- İslandiya ikinci mərtəbədə təhlükəlidir. Bunun qarşısını necə alacaqsız? 

- Bu, rəqibin üstün cəhətlərindəndir. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol bruaxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.

- Futbolçulara özünəinam hissi gəlib. Bunu necə etdiz?

- Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harada olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşdığımızı bilirik. Futbol inkişaf edir. Meydançada istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik. Amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Bunu davam etdirməliyik. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdır. Bu yöndə işlər davam edir.

- Milliyə 4 qapıçı dəvət etmisiz. Onlardan biri klubunda oynamayan Rza Cəfərovdur. Niyə 4 qolkiper dəvət etdiz?

- Şahruddin Məhəmmədəliyev cəzalıdır və siyahıda 3 qapıçı mütləq olmalıdır. Ona görə 1 qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidir. Rzanın klubunda oynamamasını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdır. Rzanın yaşını nəzərə alırıq, gəncdir.

- Kamran İbrahimov son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun milliyə dəvəti müzakirə mövzusu ola bilər?

- Adlarla danışmaq istəmirəm. Sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət ola bilər. Kimin futbola necə baxdığı da önəmlidir. Nəyə görə inamlı çıxış deyirsizsə, müzakirə mövzusudur. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidir. Gələcəkdə hər futbolçuya şans ola bilər.

- Sabah Rüfət Abbasovun oynamaq ehtimalı var? İki mərkəz hücumçusu millidədir. Renat Dadaşov da 90 dəqiqə oynamır...

- Elvin Cəfərquliyevin yoxluğu böyük itkidir. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandır. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçular məsələsinə gəldikdə, gəlin oynayıb-oynamamağı haqda danışmayaq. Bu, yaralı yerimizdir. Qısa vaxtda böyük dəyişiklik etməyə geniş seçimiz yoxdur. Burada olanlar ən yaxşılarımızdır. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar.

- "Turan Tovuz"dan niyə milliyə dəvət alan futbolçu yoxdur?

- Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağıram. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdür. "Turan Tovuz"da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidirlər.

- Elvin Cəfərquliyev, Musa Qurbanlı və Mahir Emrelinin olmaması komandanın potensialını aşağı salacaq?

- Elvinin hazırda yaxşı formada olmasını deməliyik. Çempionlar Liqasında bütün matçlarda oynayır. Elvin bizim üçün böyük itkidir. Musa, Mahir əvvəlki oyunlarda bizə kömək edib. Hücum potensialını fikirləşsək, Musa və Mahir bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.

- İslandiya millisinin baş məşqçisi bildirdi ki, Azərbaycanda sistem eynidir, sadəcə indiki milli daha istəkli oynayır...

- Sistem eyni deyil, fərqlidir. Son oyunlarımıza baxıb, istəklə bağlı belə danışıb. Fransa millisi də bizə qarşı ciddi hazırlaşmışdı, Ukrayna da. Biz də rəqibi təhlil edirik. İstəklə bağlı düz qeyd edib.

- Əcnəbi futbolçuları milliləşdirməklə bağlı məsələ nə yerdədir?

- Bu dəqiqə buna lüzum görmürəm. Şəxsi fikrimdir. İlk olaraq qarşımızdakı məqsədi bilməliyik. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaraq? Öz futbolçularımıza üstünlük veririk.

- Xəyal Əliyevə qulaqburması verdiz?

- Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı futbolçularımızdan biri ola bilər. Hər bir futbolçunun mənfi xüsusiyyətləri var. Bu yaşda səhv edə bilərik. U-21 yığmasından qısa müddətdə A komandaya çağırılıb, əsas heyətdə görürksə, az iş deyil. Onların beynəlxalq təcrübələrinin olmasını istəyirik. 

- U-19 yığması Çexiyaya 1:6 hesabı ilə uduzub. AFFA rəhbərliyi ilə ümumilikdə futbolumuzun durumu ilə bağlı danışırsız?

- Əlbəttə. İnanın ki, 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər... Bir də gördük ki, 4 saatdır danışırıq. Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10-nu tikilir. Bu rəqabətdə uduzacağıq. Amma təsli olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidir. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidir, uşaq komandaları artmalıdır. Buna başlamasaq, akademiyaların tikilişi... Bunlar olmasa, bu hesablar olacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:27

“Qalatasaray” heyətini yeniləyir: 5 mövqeyə transfer planı

14:05

“Real”da növbədənkənar prezident seçkiləri keçiriləcək

13:42

Premyer Liqa təmsilçisi futbolçusu ilə yeni danışıqlara başladı

13:30

İngiltərənin iki klubu bu futbolçunu hədəf aldı

13:09

"Çelsi" bu transferə icazə vermədi

12:46

"Əsas məqsədim Bakıda keçiriləcək mundialda qızıl medal qazanmaqdır"

12:24

Azərbaycan klubu Fransadan futbolçu transfer edir

12:11

"Sabah"ın futbolçusunu Polşa klubu da heyətinə qatmağı düşünüb

11:53

UEFA lisenziyalı məşqçilik kursları üçün təlim

10:38

O "Mançester Yunayted"ə keçə bilər

10:26

Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər

10:05

"Beşiktaş" onu hədəfə aldı

09:43

Bu klubun baş məşqçisi futbolçudan üzr istədi

09:20

Premyer Liqa: 32-ci tura 2 oyunla start verilir - YENİLƏNİR

09:04

Bu gün I Liqada 26-cı tura yekun vurulur - YENİLƏNİR

00:19

2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək

23:55

Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək

23:24

Daha bir millinin DÇ-2026 üçün heyəti bəlli oldu

22:55

Ançelotti daha 4 il Braziliya millisində - RƏSMİ

22:33

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

21:57

Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

21:34

Güləşçimiz Avropa ikincisi oldu

20:58

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

20:28

Avropa çempionatında 3 güləşçimiz üçün bürünc medal şansı

19:50

Yüksək Liqa: Üçüncü yerin sahibi bəlli olub

19:39

"Arsenal"dan yeni transfer həmləsi

19:17

Timoteuş Puxaç: “Bu mövsüm Azərbaycanın ən güclü komandası bizik”

18:51

I Liqa: 26-cı tura start verilib - YENİLƏNİB

18:36

Mikels: “Karyeramın ən yaxşı mövsümüdür”

18:21

Maluda: “ÇL haqda danışmaq üçün hələ tezdir” - VİDEO

17:59

Premyer Liqada 32-ci turun təyinatları - Elçin Məsiyev və Əliyar Ağayev yoxdur

17:27

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinalda

17:07

"Sabah"ın 9 illik tarixinin zirvəsi - KÖŞƏ

16:57

FİFA Türkiyənin 3 klubuna transfer qadağası qoydu

16:38

"Real" Joze Mourinyoya üstünlük verir

16:07

Naxçıvanda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş boks turniri

15:50

AFFA "Qəbələ"ni 10000 manat cərimələdi

15:22

Məhəmmıd Salah komandaya qayıtmağa hazırdır

15:03

"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub

14:51

Rusiya millisinin üzvü PSJ-də tarixə düşdü

14:32

"Fənərbağça" Edersona əvəzləyici tapdı

14:09

“Sabah” – tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı

13:49

Bunu 9 il sonra "Sabah" etdi

13:24

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi

13:17

Xankəndi stadionu yenidən qurulur: Nazir və federasiya prezidenti baxış keçirdi

12:20

“Qarabağ” və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı

11:47

16 ildən sonra Liqa 1-ə qayıtdıla

11:22

Dik Advokat dünya çempionatından sonra məşqçilik karyerasını bitirəcək

11:06

Bu ölkənin millisi dünya çempionatı üçün heyətini açıqladı

10:39

Nəriman Axundzadə ABŞ klubunda növbəti oyununa çıxdı

10:21

Noyer daha bir mövsüm "Bavariya"da qalacaq

10:11

PSJ növbəti dəfə Fransa çempionu oldu

09:50

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

09:17

İtaliya Kubokunun sahibi bəlli oldu

00:31

AGF-də yeni komitə təsis edilib

23:54

Güləşçimiz Avropa çempionu oldu

23:09

Rövşən Nəcəf “Sabah”ı təbrik etdi

22:56

Dambrauskas: “Bu qələbələrin arxasında komanda işi var”

22:26

Rəşad Sadıqov: “Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”

21:56

Azərbaycan Kuboku: "Sabah" çempion - YENİLƏNİB

21:34

Vlahoviç A Seriyasında klubunu dəyişə bilər

20:58

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

20:34

Argentina millisinin üzvü “Fənərbaxça”nın radarında

20:25

AFFA "Futbol Təhsili Vebinarları" təşəbbüsünə start verib

19:58

UEFA-dan “Fənərbaxça”ya 10 milyonluq cəza

19:45

Yüksək Liqa: “Neftçi” çempion oldu

19:27

Karateçilərimiz Avropa Çempionatında 6 medal qazanıb

18:55

“Sabah” - “Zirə”: HEYƏTLƏR

18:36

Millimiz Türkiyədə iki yoldaşlıq oyunu keçirəcək

18:25

Karateçilərimizdən Avropa birinciliyində 8 medal