son dəqiqə SON DƏQİQƏ

Azərbaycanda keçiriləcək beynəlxalq turnirin təqvimi açıqlandı

Bölmə adı Digər turnirlər
Yayımlandı 17-02-2026, 16:53

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.


Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.


27 mart

15:00. Oman - Syerra-Leone

“Dalğa Arena”


19:00. Azərbaycan - Sent Lusiya

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)

“Dalğa Arena”


19:00. Final (qaliblər)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR