Xəbər verdiyimiz kimi, "Fənərbağça" 32 yaşlı braziliyalı qapıçı Edersonun transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gəldiyini açıqlayıb.
Sport1.az xəbər verir ki, futbolçu Türkiyədə illik 11 milyon avro qazanacaq. Ştefan Orteqa ilə "Trabzonspor" maraqlanır. "Şəhərlilər"in qapıçısı bu variantı nəzərdən keçirir, amma hələ rəsmi təklif olmayıb.
Xatırladaq ki, yay transfer pəncərəsində Mançester təmsilçisi 2 qapıçı alıb – Ceyms Trafford ("Bernli") və Canluici Donnarumma (PSJ).
Sport1.az