II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba”nın futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb.Sport1.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
Sport1.az