Futbol üzrə Braziliya yığması bütün dünya çempionatlarına vəsiqə qazanmağı bacaran yeganə komandadır.Sport1.az xəbər verir ki, bu, "pentakampeonlar"ın Paraqvay üzərində 1:0 hesablı qələbə qazandıqları 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra məlum olub.
Bu qalibiyyət sayəsində Karlo Ançelottinin baş məşqçi olduğu kollektiv DÇ-2026-ya vəsiqə qazanıb.
Beləliklə, Braziliya 1930-cu ildən keçirilməyə başlayan bütün 23 dünya çempionatında iştirak hüququ əldə edib və indiyədək 5 qızıl (1958, 1962, 1970, 1994, 2002), 2 gümüş (1950, 1998) və 2 bürünc (1938, 1978) medal qazanıb.
Sport1.az