11:33 27.04.2026 7

"Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq"

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Qəbələ" - "Araz-Naxçıvan"la sülhə razılaşdı - 1:1.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra ev sahibinin müdafiəçisi İsaak Amoah jurnalistlərin suallarını cavablandırdı.


Oyun haqqında düşüncələriniz? 

–Düşünürəm ki, bu qarşılaşmadan həm müsbət, həm də mənfi məqamlar götürə bilərik. Yaxşı oynadıq, rəqibdən üstün idik, qol şanslarımız oldu. Təəssüf ki, istədiyimiz xalları qazana bilmədik. Amma qarşıdakı oyuna hazırlaşmaq və işləməyə davam etmək hazırda ən vacib məsələdir.

 

Bu oyunda qalib gələ bilməməyinizin əsas səbəbi nə oldu?

– Problem qol şanslarından istifadə edə bilməməyimiz idi. Bunu ancaq hücumçuların üzərinə atmaq düzgün olmaz. "Araz-Naxçıvan" müdafiədə çox yaxşı oynadı və bizə çətinlik yaratdı. Sadəcə, daha çox işləməli və belə hallarda daha dəqiq olmalıyıq.

 

Bu oyunda qalib gəlsəydiniz, turnir cədvəlində “Kəpəz”i qabaqlamaq şansınız olacaqdı...

– Xeyr, bunu məyusedici nəticə kimi qəbul etmirəm. Əlbəttə, qalib gəlib, onları keçmək istəyirdik. Amma bu, futboldur. Məğlub olsaydıq, daha çox üzülərdik. Hələ qarşıda çox oyun var və şanslarımız qalır. Sadəcə, ehtiyac duyduğumuz üç xalı qazana bilmədik. Komanda olaraq yaxşı oynadıq, birlikdə mübarizə apardıq və bu, növbəti oyunlar üçün bizə motivasiya verməlidir.

 

Növbəti tur səfərdə “Zirə” ilə qarşılaşacaqsınız. Rəqib avrokuboklar uğrunda mübarizə aparır və bu, çətin oyun olacaq. Gözləntiləriniz nədir?

–Bəli, ağır görüş olacaq. “Zirə” bu mövsüm çox yaxşı çıxış edir və keyfiyyətli heyətə malikdir. Amma biz də ora maksimum nəticə qazanmaq üçün gedəcəyik. Heç bir rəqibə hörmətsizlik etmirik, amma özümüzə də inanırıq. Bu, futbol oyunudur və hər iki komanda ən yaxşısını ortaya qoyacaq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik.

 

Ötən mövsümlə bağlı bir sual vermək istərdik. “Qəbələ” keçən il I Liqada çox məhsuldar idi. Demək olar ki, hər oyun qol vururdu. Bu mövsüm komanda Premyer Liqada fərqlənməkdə  çətinlik çəkir. Bunu necə izah edə bilərsən?

– Çempionatın səviyyəsi çox şeyi müəyyən edir. Aşağı liqada daha çox qol vura bilərsiniz, amma Premyer Liqada təcrübəli və keyfiyyətli oyunçularla qarşılaşırsınız. Onlar oyunu daha yaxşı oxuyurlar. Bundan əlavə, komanda heyəti də dəyişib. Mövsümün əvvəlində fərqli liqalardan gələn oyunçuların uyğunlaşması çətin oldu. Qış fasiləsində heyət gücləndirildi, amma hələ də adaptasiya prosesi davam edir. Üstəlik, komandada çoxlu zədələr var və bu da mövsümümüzə ciddi təsir edir. Qarşıda təxminən dörd oyunumuz qalıb və Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq.


MƏHƏMMƏD HÜSEYNOV

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

12:46

Məhsuldar ötürmələri ilə rekorda imza atdı

12:31

"Yuventus"un gözü "Atalanta"nın futbolçusuna düşüb

12:09

Dünyanın ən dəyərli klubları - TOP 10

11:33

"Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq"

11:22

"Çelsi"dən icarəyə götürülən futbolçu komandada saxlanılmayacaq

11:07

Türkiyə millisinin üzvü seçim edəcək: "Çelsi", "Fənərbağça" və "Yuventus"

10:49

Səfər qollarına görə rekorda imza atdılar

10:29

Dünya Kuboku: Azərbaycan təmsilçiləri 3 qızıl, 1 bürünc medal və komanda hesabında ikinci yer

10:07

Azərbaycan təmsilçiləri Avropa Kubokunu 6 medalla bitirdi

09:47

AFFA-nın bu Departamenti Rövşən Nəcəfin dediklərini qulaqardına vurur - YAZI

09:19

II Liqa: 24-cü turda daha iki matç - YENİLƏNİR

09:07

Premyer Liqada 29-cu tura bu gün yekun vurulur - YENİLƏNİR

00:33

La Liqada çıxış etmiş hücumçu “Qarabağ”ın hədəfində - ÖZƏL

00:05

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

23:28

AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal

22:56

Cəbrayıl Hacıyev: “Çempion olmaq istəyirdim”

22:41

Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin finalçıları məlum olub

21:55

Vitali Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

21:40

Qurban Qurbanov: “Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər”

20:51

Premyer Liqa: “Qarabağ”dan darmadağın - YENİLƏNİB

19:55

Boksçumuz Dünya Kubokunun qalibi olub

19:15

Azər Bağırov: “Səhvlər təkrarlanır”

18:51

Ayxan Abbasov: “Milliyə namizəd futbolçuların hamısı məni narahat edir”

18:26

II Liqa: XXIV tura start verilib - YENİLƏNİB

18:08

Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb - FOTO

17:37

Millimizin üzvü Qazaxıstan klubunda - RƏSMİ

16:39

ABL: “Sabah”ın finaldakı rəqibi bəlli oldu

15:35

ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş keçirib - FOTO

15:23

“Şamaxı” - “Kəpəz” : HEYƏTLƏR

15:13

Premyer Liqa klubu Elvin Cəfərquliyevlə danışıqlara başladı - ÖZƏL

13:47

İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”

13:13

Həddinizi bilin! - KÖŞƏ

12:23

Axundzadə oynamadı, komandası qalib gəldi

11:41

Xetaq Qazyumov ilin məşqçisi seçilib

10:56

Asiya Çempionlar Liqasının qalibi bəlli olub

10:20

Üç boksçumuz Dünya Kubokunun finalında

00:34

AFFA Dünya Çempionatında iştirak edəcək millinin məşqçisinə bu qədər pul ödəyir - ÖZƏL

00:07

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

23:36

Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib

22:47

4 güləşçimiz Avropa Çempionatının finalında

22:27

İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı

21:54

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib

21:33

Kaxaber Tsxadadze: “Olduğumuz yerə layiq deyilik”

20:49

Andrey Demçenko: “Texniki cəhətdən çatışmazlıqlar var”

20:35

“Neftçi” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi

20:21

“Sumqayıt”dan inamlı qələbə, “Qəbələ”dən heç-heçə - YENİLƏNİB

19:55

İdmançımız Daşkənddə beynəlxalq yarışda iştirak edib

19:29

Jorj Kaşkilya: “Hakimlərdən narazıyam”

19:12

Saşa İliç: “Belə hal təkrarlansa…”

18:35

ABL: İlk finalçı müəyyənləşib

17:24

“Barselona” 18 yaşlı vingerlə maraqlanır

17:08

24 yaşlı hücumçu İtaliya nəhənginin radarındadır

16:43

"Mançester Siti" Mərakeş millisinin üzvünə "elçi" düşüb

16:17

"Neftçi" və "Qarabağ" birgə bəyənat yaydılar

16:05

Trafford "Mançester Yunayted"ə keçməkdən imtina etdi

15:40

"Sabah" əsas heyət üzvü ilə bağlı yekun qərarını verdi - Təzminat ödəniləcək

15:22

Türkiyə klubu Levandovski üçün təklif göndərməyə hazırlaşır

15:04

"İmişli" - "Sumqayıt": Heyətlər

14:48

İstanbul derbisini Avropa nəhəngləri izləyəcək

14:37

"Qalatasaray" Fransa millisinin üzvünü heyətinə qatmaq istəyir

14:25

Millinin baş məşqçisi: “Hədəfimiz hamını qürurlandıracaq komanda formalaşdırmaqdır”

13:46

"Real" argentinalı vingeri icarəyə verəcək

13:07

Millimizin Dünya Çempionatı üçün planı bəlli oldu - Sərxan Hacıyev AÇIQLADI

13:05

Elvin Cəfərquliyevin şəxsi həyatı, yoxsa futbolu? - YAZI

12:40

"Neftçi" - "Qarabağ" matçına bu qədər bilet satılıb

12:27

Azərbaycanın 4 boksçusu Dünya Kubokunda yarımfinala yüksəldi

11:55

Bu futbolçu İtaliya klubunu tərk edə bilər

11:21

34 yaşlı hücumçu daha 2 il Almaniya klubunda qalacaq

11:09

Argentina millisinin üzvü "Tottenhem"lə anlaşdı

10:46

La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı