
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kryu" MLS-də növbəti matçını keçirib.
Sport1.az xəbər verir ki, 22 yaşlı hücumçunun komandası "Filadelfiya Union"la qarşılaşıb.
"Kolumbus Kryu" bu görüşdə rəqibinə 2:0 qalib gəlib.
Nəriman bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, "Kolumbus Kryu" geridə qalan 10 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.