
Daxili nizam-intizam qaydalarını pozduğuna görə “Qarabağ”ın əvəzedici heyətinə göndərilən Elvin Cəfərquliyev mövsümün sonunda Ağdam təmsilçisindən ayrılmağı planlaşdırır.
Sport1.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan millisinin müdafiəçisi karyerasını Premyer Liqada davam etdirə bilər.
25 yaşlı futbolçu ilə “Sabah” yaxından maraqlanır. “Bayquşlar” artıq Cəfərquliyevlə şəxsi danışıqlara başlayıb.
Müqavilə şərtləri razılaşdırılacağı təqdirdə, futbolçu yeni mövsümdən “Sabah”ın uğurları üçün çıxış edə bilər.
Qeyd edək ki, Elvin 2019-cu ilin yayından “Qarabağ”da çıxış edir.