son dəqiqə SON DƏQİQƏ
“Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin"

Vitali Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

Bölmə adı Premyer Liqa
Yayımlandı 26-04-2026, 21:55

"Neftçi"nin məşqçisi Vitali Vernidub Misli Premyer Liqasının 29-cu turunun "Qarabağ"la (1:5) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.


Sport1.az xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.


- Hesab nəyə görə belə oldu?

- "Qarabağ"la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Bunları oyunçularımızı başa düşüb, riayət etməyə başlasalar...Başa dümək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil.


- "Qarabağ"ın orta xəttində Pedro Bikalyo, Marko Yankoviç, Joni Montiel kimi topla yaxşı davranan futbolçular var. "Neftçi"də isə Metyu İfenayi orta xətdə tək qalmışdı. Buna önləm almamışdınız?

- Əlbəttə ki, "Qarabağ"la oyuna hazırlaşmışdıq. Düşünürsüz ki, biz onları təhlil etməmişdik? Dediyiniz oyunçular Çempionlar Liqasında oynayırlar, orada da öz səviyyələrini göstərirlər. Ona görə də bizim oyunçular da bu sualı özlərinə verməlidirlər ki, onlar da daha yaxşı oynaya bilərdilər, ya yox? Bunu biz məşqçilər olaraq, özümüzə verəcəyik. Biz həqiqətən taktiki aspektləri daha yaxşılaşdıra bilərdikmi? Bir daha elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. Hər bir oyunçu öz ambissiyalarını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl "Neftçi"idir. Öz xarakterini, incikliyini unutmaq lazımdır.


- Start heyətində Qurban Qurbanov gözləmədiyiniz manevr etmişdi və Musa Qurbanlı hücum xəttində yer almışdı. Müdafiə xətti Musanın qarşısını ala bilmədi. Əvvəldən gözləyirdiniz bunu? Müdafiə xətti onun qarşısını nəyə görəala bilmirdi?

- Bilmirəm necə cavab verim. Biz hazırlaşmışdıq. Amma adam o mövqelərdə, vəziyyətlərdə daha yaxşı oyun göstərdi. Müdafiəni yardı. Bugünkü oyunu araşdırıb, təhlil edib nəticə çıxarmalıyıq. Hazırda hesab 1:5-dir. Hər birimiz bunu anlayırıq. Eyni zamanda bugünkü hesaba görə azarkeşlərdən də üzr istəyirəm.


- Bugünkü hesabın 4 gündən sonra təkrarlanmaması üçün fərqli taktika seçmək olar?

- Ümidvaram ki, biz buna nail olacağıq. Bunun üçün bəzi şeyləri dəyişəcəyik. Bizim heyətdə dəyişikliklər olacaq. Buna əminəm. Ona görə ümid edirəm ki, biz buna nail olacağıq.


- Avrokuboklar uğrunda gərgin mübarizə fonunda bu məğlubiyyət komandaya inamsızlıq gətirə bilər?

- Əlbəttə ki, istənilən halda psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma əsas odur peşəkar futbolçusansa,belə məğlubiyyətlərdən sonra dirçəlməlisən. Oyuna baxmalısan, yaxşı məqamları saxlamalısan, neqativləri aradan qaldırmaq lazımdır. Yaxşı məqamlar çox deyildi. Amma var idi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR