son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov

Bölmə adı Milli
Yayımlandı 9-09-2025, 23:11

Azərbaycan millisinin məşqçisi Ayxan Abbasov DÇ-2026-nın D qrupunun 2-ci turunda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter cəhətdən mübarizə aparmalı olduğumuzu dedim. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə, kömək edən elə o dəstək oldu. Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istəmişdi. Amma Xaybulayev zədələndi deyə, Elvini meydanda saxladıq. Ona olan dəstək, gümrah olduğu vaxtda etmədiyi qacışları etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə, bu istək, qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum var idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybulayevin gəlişi ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf edər.

- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiniz?

- Bir gündə çox şeyi dəyişə bilmərik. Vaxtımız da yox idi məşq etməyə. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məşq etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik.

- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, orda idi? Bir əldə iki qarpız tutmaq mümkün oldu...

- U-21 yığmamıza görə sevinirəm. Portuqaliyada hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadıq, düz olmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşün 65-ci dəqiqəyə qədər izləyirdim oyunu. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi, onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam...Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik.

- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiniz?

- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa TOP komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər.

- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiniz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?

- Bazaya girəndə, görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.

- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?

- Mahirlə Renat taktiki baxımından pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.

- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?

- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qurtardı, bu qolu vurdu(gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla yoxsa, Rüstəmlə başlayaq. Toral iki mövqedə oynaya bilir.

- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiniz?

- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq. 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.

- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?

- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq...Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.

- 3 yerdə işləmək çətin deyil ki?

- Dünəndən yaxşı mövzuya çevrilib(gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.

- Millidə heç vaxt oynamamısınız. Hansı hissləri keçirdiniz?

- U-21-də uşaqlarla söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir.

- Abdulla Xaybulayev debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü idi?

- Bunu çox müzakirə edirdim. Xaybulayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdır. "Turan Tovuz"da və "Şamaxı"da onu dəvət etmək istəmişdik. Böyük potensialı var.

- Hər zaman deyirdik ki, gah problem futbolçulardadır, gah xarici məşqçilərdə. Sizcə, həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?

- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Deyərlər ki, bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxtı geniş cavab vermək olar. Əcnəbi məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR