13:25 3.04.2026 89

Rövşən Nəcəf: "Cahangir Fərəcullayev dedi ki, ən ağrılı yerimiz infrasturkturdur"

AFFA-nın prezidenti Rövşən Nəcəf XXXIV Hesabat Konfransında ona ünvanlanan sualları cavablandırıb.


Sport1.az federasiya rəhbərinin fikirlərini diqqətinizə çatdırır:


- Keçən il hakimlərin qərarları ilə bağlı çoxsaylı şikayətlər oldu, baş məşqçilər narazılıqlarını bildirdilər. Baş məşqçilər bildirirlər ki, hakimlərin qərarlarına təsir edə bilmirik, etirazlar nəzərə alınmır. Hakimlərin qərarlarına münasibətdə hansı strateji metodlardan istifadə olunur? 


- Hər narazı olan anda hakim mövqeyini dəyişsə, digər tərəf də narazı olarsa, mövqeyini dəyişsə, necə olacaq? Hakim qərar verərkən, kiminsə razı olub-olmadığını nəzərə almır. Lazım olan qərarları verir. Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq, qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi dəyiş deyirsə... Necə təsəvvür edirsiz?Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük. Səhvsiz oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minumuma endirmək istəyirik. Hakimlərin inkişafı əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun olmaması üçün islahaltlar aparırıq. Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır.



- Bu il İcraiyyə Komitəsində seçki olmadır. Qurban Qurbanov iclaslarda məhdud sayda iştirak edir, cəmi , 2-3 iclasda olub. İcraiyyə Komitəsi faydalı qurumdur, əhəmiyyətli məsələlər müzakirə olunur. Əgər bir nəfər iclaslarda iştirak etmirsə, onun üzv olmasının nə əhəmiyyəti var? Üzv davamlı şəkildə iştirak etmirsə, hansısa tədbir görmək nəzərdə tutulur?


- Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. Qurban Qurbanova gəldikdə, oyun qrafiki imkan verdiyi vaxtlarda iştirak edir. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. O, futbolun, uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə böülüşür. Oyunları olanda da bizimlə danışır, öz fikirlərini, təklifləri verir. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng fikirlərlə gəlirlər. Bütün fikirlər barədə açıq müzakirələr aparırıq. Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarları müzakirə edirik.



- Futbol azarkeşi kimi cavab verməyinizi istəyərdim. Son 1 ildə Azərbaycan futbolunun inkişaf tempindən razısız?


- Futbol azarkeşi kimi cavablandırım. Yəqin ki, tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Əminəm ki, bu, nə vaxtsa baş verəcək. Bu istiqamətdə işləməliyik, böyük hədəflər qoyub arxasınca getməliyik. Mənim dövrümə gəldikdə, ən azından böyük turnirdə Azərbaycan millisinin oyununu görmək azarkeş kimi məni sevindirəcək gün olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə azarkeş sevinir.


- Dövlətin ayırdığı maliyyəyə görə Premyer Liqa klubları uşaq futboluna 500 min manat pul ayrılır. Klubların əksəriyyəti sanki sui-istifadə hallarına yol verir. AFFA bu maliyyənin idarə olunmasına mexanizm təyin edirmi, bu necə nizamlanır?


- Kublara ayrılan AFFA-nın vəsaitidir. Hər bir klub vəsaitin istifadəsi ilə bağlı sənəd göstərir. Uşaq futbolunun inkişafına, akademiyaların səmərəli işinə xüsusi diqqət ayrılır. Klublarla daim fikir mübadiləsi aparılır. Ayrılan vəsaitə nəzarət mexanizmi var. Sizdə düzgün istifadə edilməməsi ilə bağlı məlumat varsa, biz sizə minnətdar olarıq. Biz hər zaman şəffaflığı təmin etmək istəyirik.




- İnkişaf strategiyası yazılıb, qarşıda bizi qlobal səviyyədə futbol yarışı gözləyir. Amma infrasturktur məsələsi kifayət qədər yaxşı vəziyyətdə deyil. İnfrastrukturda qlobal dəyişikliyə başlanacaq?


- "Qarabağ"ın avrokuboklarda tarixi nailiyyət əldə etməsi, azərbaycanlı futbolçuların xarici liqalarda çıxış etməsi, qızlarımızın uğuru, məhz strategiya ilə bağlı məsələlərdir. İnfrastrukturla bağlı məsələni düz deyirsiz. Cahangir Fərəcullayev də dedi ki, ən ağrılı yerimiz infrasturkturdur. Zaman və maliyyə tələb olunur ki, tam dəyişdirilsin. Klublara əlavə sponsorlar cəlb olunarsa, bu, baş verə bilər. Amma bütün infrastrukturun qısa müddətdə həlli mümkün görünmür. Baxırıq ki, necə sponsorlar cəlb edə bilərik. Stadionlara sponsor adlarının verilməsi, sponsorun verdiyi maliyyəinin infrasturktura cəlb edilməsi də mümkündür. Görüləsi işlər çoxdur.



- Stadionlardan çox danışırıq. Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin. İki ildən sonra Premyer Liqanı 14 kluba çatırmaq olar?


- Tamamilə doğru deyirsiz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nin iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var. Bunu təmin etməyə çalışırıq. Hazırda İK-nin iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klublar gələ bilər, onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq.



- İlləri boşa vermişik, futbolumuzda problemlər çoxdur. Ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır. Bu probelmin həllini necə görürsüz?


- Bütün sahələrdə olduğu kimi futbolda da yeni kadrların yetişdirilməsinə ehtiyac var. Hakimlərdən tutmuş, tibbi personala qədər. Daimi olaraq yeni kadrların hazırlanması lazımdır. Kadrların peşəkarlığının artırılması və bu sahəyə marağın saxlanılması əsas hədəf olaraq qalır. Hakimliyə dünya üzrə maraq azalıb. Bu baxımdan peşəkar hakimlərin sayı, hazırlanması əsas çatışmazlıq kimi qalır. Dünyada belədir. Amma bütün sahələrə aiddir. Bununla bağlı xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulur. AFFA və müvafiq qurumlar üzrə əməkdaşlıqların genişləndirilməsi əsas məsələlərdəndir. Kadr məsələsini növbəti iclaslarda müzakirə edəcəyik.



- AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında mətbuat iştirak etmir. İK-nin üzvlərindən müsahibə ala bilmirik ki, nələri müzakirə edirsiz, danışırsız. Bunu necə tənzimləmək olar?


- AFFA-nın rəhbəri yalnzı Rövşən Nəcəf deyil, AFFA-nın baş katibi, İK üzvləri var. Daim mətbuata açıqdırlar. İstənilən sualları verə bilərsiz. Cavab verməsələr, müzairə edərik. AFFA rəhbərliyi bir şəxs deyil, İK var. İclasların hansı binada keçirilməsinin önəmi yoxdur. AFFA-nın binasında oldu, ya SOCAR-ın binasında. Əsas o iclaslarda verilən qərarlar, müzakirə edilən mövzulardır. İradı qəbul edirəm. Media ilə daha çox görüş keçirməyə hazıram. Bir dəfə görüş olmuşdu. Yəqin ki, bir dəfə də görüşərik. Media ilə qapalı görüş edərik, sizin fikirlərinizi eşitmək istəyərəm. Yeni nəsil idman jurnalistləri yetişdirmək üçün hansı addımlar ata bilərik, futbolun işıqlandırılmasının yeni nəsilə daha maraqlı olması üçün hansı addımları ata bilərik. Yeni nəsil gəlir, onlarda məlumatın cəlbediciliyi əvvəlki nəsillə müqayisədə fərqli olur. Futbola marağın saxlanılması üçün hansı yanaşma dəyişikliyi etməliyik, bunu jurnalitlərlə müzakirə edərik.



- A milli son iki oyunda qalib gəldi. Təəssüf ki, İK-nin üzvlərini, AFFA rəhbərliyini orada görmədk, sizin orada olmamağınız nə ilə bağlıdır?


- Həmin dövrdə digər fəaliyyətimlə bağlı ölkədə yox idim. Oyunlara gedəndə də işıqlandırmıram. Bunu vəzifəmin bir hissəsi kimi görürəm. Hər oyuna getdiyimi mətbuata açıqlamağı düzgün hesab etmirəm. Mənim olduğum oyunlarda görə bilməzsiz ki, stadiondan foto paylaşım. Şəxsi fikrimdir. Bu, səhv ola bilər.



- Premyer Liqa və I Liqa klubları AFFA İntizam Komitəsinin verdiyi cəzalardan narazıdır. "Neftçi" geridə qalan mövsümdə azarkeşlərin davranışına görə 105 min manat cərimə ödəyib. AFFA İntizam Komitəsi sanki klubları soyur. Bu məsələyə baxılması mümkündür?


- Onlar öz fəaliyyətlərində müstəqildir. Mən və ya digərlərimizin fəaliyyətlərinə təsir etməyi mümkün deyil. Narazı olan klublar prosedurlardan istifadə edə bilərlər. Klubları soyur deyirsiz, amma bayaq deyirdik ki, əsas vəsait AFFA-dan gəlir. Cərimədən gələn pullar yenidən klublara gedir. Klubları soyur demək, düzgün deyil. 



- Son zamanlarda şaiyələr gəzir ki, yayda PFL ləğv olunacaq və əvvəlki kimi bir kabinetdən ibarət quruma çevriləcək. Bu, nə dərəcədə dğrudur?


- PFL AFFA ilə müqavilə əsasında, AFFA-nın verdiyi səlahiyyət əsasında yarış keçirir. PFL və AFFA arasında münasibət müqavilə əsasındadır. Fəaliyyətlər davam etdirilir. Gələcəkdə hansısa dəyişiklik edilməsə, əlavə funksiyaların verilməsi, azaldılması mümkün məsələlərdir. Amma danışılmır. PFL və AFFA müqavilə əsasında, AFFA-nın ona ötürdüyü səlahiyyət əsasında yarış keçirir.


- Bu gün Hesabat Konfransında 26 milyon vəsaitin SOCAR-dan daxil olduğu göstərildi. Sizdən əvvəlki dönəmdə SOCAR-a Rövnəq Abdullayev rəhbərlik edirdi. Hər il ən azı 20 milyon vəsait SOCAR-dan AFAF-ya sponsorluq müqaviləsi kimi göstərilir. Siz SOCAR və AFFA rəhbəri olduqdan sonra əvvəlki illərin hesabatına dair yoxlamalar aparılıb?


- Xeyr, əvvəlki dövrlərdəki məsələlərə görə araşdırılma nəzərdə tutulmayıb.



- Ağsu stadionunun Premyer Liqa standartlarına gətiriləcəyi deyildi. Bu stadion "İmişli" üçün hazırlanır?


- Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil. Bütün regionlarda inkişaf bərabər səviyyədə aparılmalıdır. Regionlarda olan standartların keyfiyyətinin yaxşılaşdırılmasına çalışırıq. Yanaşmamız o deyil ki, yalnız Premyer Liqada oynayan klublarımızın stadionlarını düzəldək. Regionlarda futbolun inkişafı və marağın artırılması üçün işləyirik.



- Legioner limitinin ləğv olunması qərarı qəbul edildi. Bununla bağlı tənqidi fikirlər də səsləndirildi. Bu qərar bir il müddətində nə qədər effektiv olub?


- Məncə, çempionatın daha maraqlı keçməsi, klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi suala cavabdır. Statistikaya da baxırıq. Limitin ləğvindən əvvəl və sonra azərbaycanlı futbolçuların oyun vaxtına baxanda, 13-14 faiz azalma var. Bunun sayəsində oyun keyfiyyəti və rəqabət artıb. Legioner və yerli futbolçular arasında da rəqabət var. Düzgün qərar verdiyimizi düşünürəm. Davamlı olaraq nəzarət edib nəticələri görmək olar.



- Klublara 2 milyon manatdan çox vəsait ayrılır. O vəsaitdən bir hissəsinin infrastruktura cəlb olunması tələbi qoyursuz klublara? Yaşar Seyidov açıqlama vermişdi ki, Abşeron Olimpiya İdman Kompleksinin meydançası bərpa edilsin və müəyyən klublara verilsin. Bu istiqamətdə hansı addımları atacaqsız?


- Əsas məqsəd odur ki klublar mümkün qədər öz infrastukturunu bərpa etsinlər. Amma bunu yalnız AFFA-nın vəsaiti hesabına etmək mümkün görünmür. Özəl sponsorların cəlb edilməsi klubların daha aktiv şəkildə işləməsinə təşviq edirik. Səmərəli çıxış yolu budur, özəl vəsait hesabına klublar qazanc əldə edir və infrasturktura yönəldir.



Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:49

"Mançester Yunayted"in Valverde marağı

14:27

“Qalatasaray” heyətini yeniləyir: 5 mövqeyə transfer planı

14:05

“Real”da növbədənkənar prezident seçkiləri keçiriləcək

13:42

Premyer Liqa təmsilçisi futbolçusu ilə yeni danışıqlara başladı

13:30

İngiltərənin iki klubu bu futbolçunu hədəf aldı

13:09

"Çelsi" bu transferə icazə vermədi

12:46

"Əsas məqsədim Bakıda keçiriləcək mundialda qızıl medal qazanmaqdır"

12:24

Azərbaycan klubu Fransadan futbolçu transfer edir

12:11

"Sabah"ın futbolçusunu Polşa klubu da heyətinə qatmağı düşünüb

11:53

UEFA lisenziyalı məşqçilik kursları üçün təlim

10:38

O "Mançester Yunayted"ə keçə bilər

10:26

Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər

10:05

"Beşiktaş" onu hədəfə aldı

09:43

Bu klubun baş məşqçisi futbolçudan üzr istədi

09:20

Premyer Liqa: 32-ci tura 2 oyunla start verilir - YENİLƏNİR

09:04

Bu gün I Liqada 26-cı tura yekun vurulur - YENİLƏNİR

00:19

2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək

23:55

Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək

23:24

Daha bir millinin DÇ-2026 üçün heyəti bəlli oldu

22:55

Ançelotti daha 4 il Braziliya millisində - RƏSMİ

22:33

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

21:57

Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

21:34

Güləşçimiz Avropa ikincisi oldu

20:58

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

20:28

Avropa çempionatında 3 güləşçimiz üçün bürünc medal şansı

19:50

Yüksək Liqa: Üçüncü yerin sahibi bəlli olub

19:39

"Arsenal"dan yeni transfer həmləsi

19:17

Timoteuş Puxaç: “Bu mövsüm Azərbaycanın ən güclü komandası bizik”

18:51

I Liqa: 26-cı tura start verilib - YENİLƏNİB

18:36

Mikels: “Karyeramın ən yaxşı mövsümüdür”

18:21

Maluda: “ÇL haqda danışmaq üçün hələ tezdir” - VİDEO

17:59

Premyer Liqada 32-ci turun təyinatları - Elçin Məsiyev və Əliyar Ağayev yoxdur

17:27

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinalda

17:07

"Sabah"ın 9 illik tarixinin zirvəsi - KÖŞƏ

16:57

FİFA Türkiyənin 3 klubuna transfer qadağası qoydu

16:38

"Real" Joze Mourinyoya üstünlük verir

16:07

Naxçıvanda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş boks turniri

15:50

AFFA "Qəbələ"ni 10000 manat cərimələdi

15:22

Məhəmmıd Salah komandaya qayıtmağa hazırdır

15:03

"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub

14:51

Rusiya millisinin üzvü PSJ-də tarixə düşdü

14:32

"Fənərbağça" Edersona əvəzləyici tapdı

14:09

“Sabah” – tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı

13:49

Bunu 9 il sonra "Sabah" etdi

13:24

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi

13:17

Xankəndi stadionu yenidən qurulur: Nazir və federasiya prezidenti baxış keçirdi

12:20

“Qarabağ” və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı

11:47

16 ildən sonra Liqa 1-ə qayıtdıla

11:22

Dik Advokat dünya çempionatından sonra məşqçilik karyerasını bitirəcək

11:06

Bu ölkənin millisi dünya çempionatı üçün heyətini açıqladı

10:39

Nəriman Axundzadə ABŞ klubunda növbəti oyununa çıxdı

10:21

Noyer daha bir mövsüm "Bavariya"da qalacaq

10:11

PSJ növbəti dəfə Fransa çempionu oldu

09:50

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edildi

09:17

İtaliya Kubokunun sahibi bəlli oldu

00:31

AGF-də yeni komitə təsis edilib

23:54

Güləşçimiz Avropa çempionu oldu

23:09

Rövşən Nəcəf “Sabah”ı təbrik etdi

22:56

Dambrauskas: “Bu qələbələrin arxasında komanda işi var”

22:26

Rəşad Sadıqov: “Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”

21:56

Azərbaycan Kuboku: "Sabah" çempion - YENİLƏNİB

21:34

Vlahoviç A Seriyasında klubunu dəyişə bilər

20:58

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

20:34

Argentina millisinin üzvü “Fənərbaxça”nın radarında

20:25

AFFA "Futbol Təhsili Vebinarları" təşəbbüsünə start verib

19:58

UEFA-dan “Fənərbaxça”ya 10 milyonluq cəza

19:45

Yüksək Liqa: “Neftçi” çempion oldu

19:27

Karateçilərimiz Avropa Çempionatında 6 medal qazanıb

18:55

“Sabah” - “Zirə”: HEYƏTLƏR

18:36

Millimiz Türkiyədə iki yoldaşlıq oyunu keçirəcək