20:42 29.11.2025 160

Qurban Qurbanov: "Döyülən də onlar, söyülən də"

“Qarabağ” Misli Premyer Liqasının 13-cü turunda “Karvan–Yevlax”a qarşı keçirilən oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüşdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtdı. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib üç xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait, vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxt oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün. Məğlub olmağa hazırıq, nəinki futbolçuları itirək. İtaliyada oyunda da Mateus Silva, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunçuluq var idi. Üç nəfəri protokola salmadıq da. İlk “onbirlik”də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oyun oynayırlar. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adların istədiyin formada olmayanda, problemlərin yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda bizi kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdi, indi fərqlidir".

- İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxtda vacib iclaslar salınır...

- Əvvəlcədən bildirilir ki, iclas hansı tarixdə olacaq. Hamıdan da bu haqda soruşurlar. Oradakı insanların hər biri iş başında olur. Hamını bir yerə yığmaq üçün vaxt təyin olunmalıdır. Biri var tək mənim vaxtım olmasın, biri də var 5 nəfər Bakıda olmasın. Belə olduğu halda, az adamın olmamasını əsas götürürlər. Normal prosesdir. İkinci, ya üçüncü dəfədir ki, üst-üstə düşür. Bütün qərarlar İK-nın bütün üzvlərinə göndərilir. Orada ciddi problem görmürəm.

- Marko Yankoviç və Mateus Silva arasında “Napoli” ilə görüşdə baş verən mübahsiə haqda fikriniz necədir? Yazılanlara görə, onları cərimələsiz?

- Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt hallar görmüşük. Hər bir halda, belə oyunlarda özlərinin emosialarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm. Bu mövzuya çox ciddi diqqət ayırmışam. 

- “Ayaks”la oyun pley-offa çıxmaq baxımından sizin üçün çox vacibdir. Bu fikirlə razısız? Belə yanaşma, komandanın üzərində əlavə təzyiq yaratmırki?

- Çox vacib oyundur. Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Əksinə, göstərirk i, biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara çmüsbət təsiri olar. Çempionat oyuna hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq. “Ayaks”ın öz oyun fəlsəfəsi və neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. “Ayaks” da gözünü qarşıdakı oyunlara dikiblər. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə qismətimiz deyilmiş. Ola bilər içəridə nəyisə səhv etmişdik, bəlkə kollektivdə hansısa yaxşı dostluq yox idi. 

- Mateuş Koxalski ilə bağlı “Qarabağ”a rəsmi təklif olub?

- Hər xətdə oyunçu axtarıram. Buan ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amma onun stabilliyindən narazı idim. Amma onun özəlliklərindən bir cür istifadə edirdim, indi əlimdə olanlardan başqa cür edirəm. O cür futbolçunun komandamızda olmasına yox deməzdim. Hər halda, axtarırıq, baxırıq, işlər gedir. İmkan olsa, 2-3 oyunçu götürəcəyik. Koxalskiyə görə, rəsmi təklif yoxdur. Tələsmək lazım deyil. Qapıçı indi-indi inkişaf etməyə başlayırsa, potensialını üzə çıxarmağa başlayırsa, tələsməmək lazımdır. Belə şansdan daha çox istifadə etmək lazımdır. Rəsmi təklif yoxdur. 

- İcraiyyə Komitəsnidə çıxan qərarlara fikriniz necədir?

- Burada fikir bildirməyim düzgün olmaz.

- Toral Bayramova oyundan sonra müsahibə üçün yaxınlaşan jurnalistlər olsa da, o, bildirdi ki, uşaqlarına daha çox vaxt ayırmaq istəyir. Maraqlıdır, həqiqətən Bayramov bazada daha çox vaxt keçirir?

- Mən bəzən “Qarabağ”ın futbolçularının iş rejiminə baxanda, yazığım gəlir desəm, ağır hallanar. Amma bəzən istəyirəm ki, onları bir ay buraxb və deyim gedin futboldan uzaq olun. Onlar üçün asan deyil. Biz istənilən turnirdə nəticə verməliyik. Komanda elə yerə gəlib çıxıb ki, futbolçuların normal istirahət vaxtı yoxdur. Buna fiziki güc yox, psixoloji olaraq çatdırmır. Mənə baş məşqçi kimi asan deyil. Futbolçuları başa düşmək lazımdır. Onlar kimin üçün oynayır ki? Biz, xalq, ailəsi üçün. Çox adam fikirləşir ki, övladım futbolçu olsun. Ancaq inanın ki, bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söyülən də onlar. Nəsə çatışmazlıq oldusa, media, rəhbər, azarkeş, məşqçi, valideyn tərəfdən üzərlərinə gedirlər. Böyük təzyiqlərə məruz qalırlar. Onları başa düşmək lazımdır. Futbolçuların yanında olmalıyıq. Ramil Şeydayev, Nəriman Axundzadə, Musa Qurbanlı oynamadıqca, idman formasından uzaqlaşırlar. Psixoloji təzyiq çoxdur. Ələlxüsus da, öz futbolçularımızın yanında. Bəlkə bəzən sizinlə kobud danışırlar, amma onları başa düşmək lazımdır. Çünki əsəbləri bəzən yerində olmur. Allah qoysa, deyərəm, gələn dəfə vaxt ayırar, müsahibə verər.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”

20:17

“Zirə” Konfrans Liqasında Gürcüstan klubu ilə üz-üzə gələcək

20:05

"Sabah" bu rəqibi keçməlidir - YAZI

19:57

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

19:48

“Qarabağ” bu futbolçunun transferini rəsmən açıqladı

19:14

AL: “Qarabağ”ın rəqibi müəyyənləşdi

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU

18:00

68 ildən sonra ilk dəfə

17:30

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq

17:07

İspaniya millisinin hücumçusundan antirekord

16:49

Millimiz FIFA reytinqində gerilədi

16:29

İdmançımız Çinə yollandı

16:06

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

15:50

Cavid Hüseynov: "Məsuliyyətimizi anlayırıq"

15:31

40 yaşlı qapıçıdan unikal rekord

15:05

Fernando Muslera tarixə düşdü

14:54

"Araz-Naxçıvan" baş məşqçisini açıqladı - RƏSMİ

14:47

London klubunun istədiyi yarımmüdafiəçi

14:26

Millidə yeni baş məşqçi

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir