son dəqiqə SON DƏQİQƏ
U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ●

Həddinizi bilin! - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 26-04-2026, 13:13

Həzrəti Əli deyir ki, kamil insan həddini biləndir. Təəssüf ki, Azərbaycan futbolunda bunu bacaranlar azdır. Fikir vermişəm, ən çox hörmətsizlik jurnalistlərə qarşı edilir. Kimsə şantaj edir, kimsə əmr verməyə çalışır.


​Dünən idman jurnalistlərinə qarşı yenə hörmətsizlik edildi. Birində şəxsən orada idim və dərhal müdaxilə etdim.


​"Sumqayıt"ın baş məşqçisi Saşa İliç mətbuat konfransında bizimlə əmrivaki danışdı. Deyir ki, haqqımda yalan yazılsa, konfransa girməyəcəm. Gözüm aydın! Girməsən, cərimələnəcəksən. Girməsən, daha çox tənqid olunacaqsan.


​Təbii ki, ona belə demədik. Sual verdim ki, bu ritorika jurnalistləri hədələmək deyil? Bu, bizə qarşı hörmətsizlik deyil? Sağ olsun, səhvini başa düşdü və üzr istədi. Məsələ həll olundu. Saşa İliç bir də belə səhv etməz. Çünki ona həddini bildirdik.


​İliç serbdir. Avropada at oynadıb. Yeniyetməlik illərimin sevimli futbolçusu olub. Bəlkə də hələ özünü ulduz sanır. Bəs uğuru olmayan azərbaycanlılar niyə çaşırlar? Futbola töhfə verməyən AFFA rəsmiləri niyə həddini aşır?


​Dünən jurnalistlər U-20-nin toplanışı üçün Qəbələyə yollanıblar. Qurum rəsmilərindən kimsə həmkarlarımıza əmr verib: "Sərxan Hacıyevə hakimlər haqda sual verməyin".


​Niyə? Nə üçün? Sərxan Hacıyev kimdir? Öz səlahiyyətlərini dərk edir? AFFA-nın vitse-prezidenti futbolun taleyini həll edən məsələdən niyə qaçır? Hacıyev inkişaf strategiyasını qurmur, futbolu dirçəltmir, suallara cavab vermirsə, o vəzifədə niyə oturub?


​Sərxan Hacıyev işini görə bilmir ki, yan-yörəsindəkilər də həddini aşır. Jurnalistlərə əmr verməyə cəhd edirlər. Ağlınızı başınıza yığın! Artıq o dövr deyil ki, kiməsə xox gələsiniz və susdurmağa çalışasınız.


​Jurnalistin sualından qaça bilərsiniz, amma həqiqətdən heç vaxt. Media ancaq sizə xoş gələn işlər görməli deyil. İşimiz kimisə məmnun etmək yox, həqiqətləri üzə çıxartmaqdır. Həmişə istədiyimiz sualları verəcəyik, yazıları yazacağıq. Siz də buna qəbullanaraq həddinizi bilin!


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR