
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları məlum olub.
Sport1.az xəbər verir ki, bu gün keçirilən ilk yarımfinal oyununda “Azərişıq” ASC Ədliyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib.
Digər yarımfinal görüşündə isə SOCAR Baş Prokurorluq komandasını 2:0 hesabı ilə məğlub edib.
Turnirə mayın 7-də Bakı Tennis Akademiyasında yekun vurulacaq. Finalda “Azərişıq” ASC ilə SOCAR komandaları qarşılaşacaqlar.
Üçüncü yer uğrunda oyunda isə Ədliyyə Nazirliyi və Baş Prokurorluq üz-üzə gələcəklər.