
"Mançester Siti" klubu "Jirona"nın (İspaniya) və Mərakeş millisinin yarımmüdafiəçisi Azzedin Unai ilə maraqlanır.
Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçunun çıxışını "Atletiko" klubu da yaxından izləyir.
Oyunçunun müqaviləsində 20 milyon avro məbləğində sərbəstqalma bəndinin olduğu bildirilir. A.Unai cari mövsümdə bütün turnirlərdə 18 matça çıxıb, bu görüşlərdə 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun "Jirona" ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.