son dəqiqə SON DƏQİQƏ
U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ●

AFFA-nın bu Departamenti Rövşən Nəcəfin dediklərini qulaqardına vurur - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 27-04-2026, 09:47

Bu gün Azərbaycan futbolunun idarəedici qurumu olan AFFA yalnız meydandakı nəticələrlə deyil, idarəetmə mədəniyyəti ilə də qiymətləndirilir.  Bu kultun əsas sınaqlarından biri də media ilə münasibətdir.


Doğrudan da qurumun prezidenti Rövşən Nəcəf jurnalistlərlə açıq dialoq, yaxınlıq və etimad mühiti formalaşdırmaq istəyirsə, onda niyə konfranslarda, müsahibələrdə onun dedikləri, verdiyi tapşırıqların əksi baş verir? Niyə baş verən hadisələr bu siyasətə zidd gedir?


Qəbələdə U-20 millisinin toplanışı zamanı brifinqdə sual verən jurnalistin kənara çəkilib hədə-qorxu ilə üzləşməsi federasiyanın adına mənfi haldır. “Sən görərsən…” kimi ifadələr səslənirsə, bu, artıq təkcə etik məsələ yox, ciddi münasibət problemidir. Bu, reputasiya riskidir. Belə hadisələe darəetmədəki qüsurların siqnalıdır.


Niyə Rövşən Nəcəfin media ilə münasibətlərin yaxşılaşdırılnası barədə verdiyi tapşırıqlar qulaqardına vurulur?


AFFA əməkdaşının jurnalistə fiziki və psixoloji təzyiq göstərməsi artıq heç bir çərçivəyə sığmır. Sual verən media nümayəndəsini qolundan dartmaq, kənara çəkib hədələmək nə peşəkarlığa, nə etik normalara, nə də elementar insan münasibətlərinə uyğundur. Jurnalist etdiyi işə görə – yəni sual verdiyi üçün təzyiqə məruz qalırsa, bu, artıq fərdi hadisə deyil, sistemli problemin göstəricisidir. Bu cür davranışlar medianı susdurmaq cəhdidir. Belə hadisələr nə AFFA-nın adına, nə də Azərbaycan futbolunun imicinə yaraşır.


Hansısa neqativ hadisə bəzən aylarla görülən pozitiv işləri kölgədə qoyur. İnsanlar nəticəni yox, münasibəti xatırlayır.


AFFA-nın, milli komandaların ağırlığını dərk etmək əvəzinə, jurnalistlərlə hədə-qorxu ilə davranmaq doğru seçim deyil, cənablar.


Federasiyada Marketinq Departamentinin başsız qaldığı hamıya bəllidir. Bu baş verənlər göstərir ki, Mətbuat Departamenti də ya başsız qalıb, ya da işləri qaydasına sala bilmirlər...


​MİRZƏ SAKİT

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR