son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ●

Elvin Cəfərquliyevin şəxsi həyatı, yoxsa futbolu? - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 25-04-2026, 13:05

​"Qarabağ"da nizam-intizam həmişə bərk olub. Qurban Qurbanovun tələblərini hamımız bilirik. Amma bəzən verilən qərarlar o qədər qeyri-adi olur ki, adam təəccübünü gizlədə bilmir.


​Elvin məsələsi də belə nümunələrdəndir. "Şamaxı" ilə oyundan sonra gecə klubuna gedən futbolçunu cərimələməyi başa düşdük. Onu əvəzedici heyətə göndərmək də klubun daxili qaydasıdır. Amma oyunçunu satışa çıxarmaq artıq nizam-intizamı keçir.


​Unutmayaq ki, dünyəvi ölkədə yaşayırıq. Bizə futbolçunun şəxsi həyatı yox, meydandakı oyunu maraqlıdır. Nümunəvi komanda ancaq qazandığı nəticələrlə diqqət çəkməlidir.


​Dünya futbolunda oyunçunun şəxsi həyatı o qədər vacib olmur. Uzağa getməyək! Türkiyəli Sergen Yalçın nümunəsi var. Adamın gecə həyatı var idi, amma meydanda işini görürdü. Heç kim onu buna görə hansısa komandadan qovmurdu.


​Elvinin də həm "Qarabağ", həm də milli üçün meydanda can qoyduğu hamıya bəllidir. Onsuz da mövsüm sonu heyət dağılır. Əsas dayaqlar komandadan gedir. Belə bir vaxtda Elvin kimi meydanda can qoyan oyunçunu bəhanə ilə satmaq doğru deyil. Futbolçu robot deyil. Onun meydandan kənardakı azadlığına bu dərəcədə müdaxilə etmək olmaz.


Görəsən, bizə nə lazımdır? Gecə həyatı olmayan, intizamlı, azadlığı əlindən alınan, futbolu pul qazanmaq üçün vasitə kimi görən Elvin Cəfərquliyev? Yoxsa, gecə həyatı olan, içki içən, amma Çempionlar Liqasında ən yaxşı seçilən, qol vuran Elvin Cəfərquliyev?


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR