
"Bornmut"un müdafiəçisi Markos Senesi İngiltərədə klubunu dəyişməyə yaxındır.
Sport1.az xəbər verir ki, "Tottenhem" klubu ilə müqaviləsi yayda başa çatan argentinalı futbolçu ilə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Senesi London klubunun təklifini qəbul edib. 28 yaşlı mərkəz müdafiəçisinin keçidinin tamamlanması üçün yeganə şərt "Toottenhem"in Premyer Liqada qalmasıdır. Paytaxt təmsilçisi hazırda turnir cədvəlinin 18-ci pilləsində yer alıb.
Qeyd edək ki, Markos Senesi 2022-ci ilin yayından "Bornmut"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "albalılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.