18:51 26.04.2026 71

Ayxan Abbasov: “Milliyə namizəd futbolçuların hamısı məni narahat edir”

"Şamaxı" Misli Premyer Liqasının XXIX turunda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissə yaxşı başlamadıq. Sonradan oyunun nəzarəti bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. "Kəpəz"in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. "Karvan-Yevlax" da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır".

- Mövsümün sonunda komandadan gedəcəyiniz bəllidir. Rəhbərlik yeni baş məşqçinin kim olması ilə bağlı sizdən məsləhət alıb?

- Xeyr, bu, rəhbərliyin qərarıdır. O barədə tam müzakirə də etməmişik. Çünki çempionat bitməyib. Həmişə komandada, rəhbərlikdə də fikir yaratmaq istəmirik. Futbolçular son oyuna qədər peşəkar yanaşmalıdır. Biz də beləyik. İndi bunu müzakirə etsək, bir az qeyri-peşəkarlıq olar.


- Elvin Cəfərquliyev əvəzedici heyətə göndərilib. Milli ilə bağlı durum sizi narahat edir?

- Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik. Potensiallı futbolçularımız azdır. Biz də bunları itirə bilmərik. Hər klub sərbəstdir, hər klubun qərarları var. Tək burada Elvin yox, digər legionerlər var ki, oynamırlar klublarında. Bu dəqiqə yaxşı halda deyilik. Amma yayda vaxtımız olacaq. İnanıram ki, yeni mövsüm hamı üçün xeyirli olar.


- Qarşıda 4 tur qalıb. Futbolçular oyuna hansı motivasiya ilə çıxacaqlar?

- Çempionluğa və avrokuboklara oynayan klublar bu sözü desə, düz çıxmaz ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Digər 6 komanda var ki, ilk olaraq Premyer Liqada qalmalıdırlar. Bu da qaranti deyil.İki ildir sürprizlərlə doludur. Heç kim gözləmirdi ki, hansı komanda sonuncu yerdə olsun. Çünki bu, büdcəyə məsələ deyil. Bizim hədəfimiz iki ildir liqada qalmaqdır. Amma bu mövsüm hardasa istədik. Kubokda irəlilədik. Püşkatma bizim üçün çətin idi. "Qarabağ"ı keçsəydik, "Sabah"la qarşılaşacaqdıq. Çempionatın bəzi vaxtları oldu ki, qalib gəlsəydik, dördlüyə çıxa bilərdik. "Araz-Naxçıvan"a evdə uduzduq. Qışdan daha rahatıq. Çempionat başlayandan düşmə zonasında olmamışıq. Özümüzə yaxın rəqiblərdən üstün olmuşuq. Bəzi şeylər var ki, görürsən büdcəyə bağlıdır. Avrokuboklara oynamaq istəyirsənsə, ayaqlaşmalısan. Bir oyunla çempionatı dəyərləndirməməliyik, ümumi baxmalıyıq. Ümumi baxsaq, futbolçulardan gözləntilərin daha yaxşısını verdilər.


- AFFA rəhbərliyi ilə söhbətinizdə hakimliklə bağlı müzakirələriniz olur?

- Cahangir müəllimlə söhbət edəndə, futbolun içindəki olan bütün mövzulara toxunuruq. Onlardan biridə hakimlikdir. Bu gün federasiya hakim səhvlərinin yüksəlməsinə, səhvlərin az olmasını çox istəyir. Amma realı demək lazımdır, burada klubların da, medianın da günahı var. Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Belədə, gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Bizim başımıza gələn olaylar zamanı təcrübəli hakimlər deyil, gənclərdir. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deyil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Uşaq futbolu, Premyer Liqa, I Liqa, hakimlər...Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:27

Fransa millisində itki

14:19

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

14:04

Təmsilçilərimiz Dünya Seriyasının III mərhələsində

13:48

“Neftçi” braziliyalı futbolçu transfer edir

13:31

Fernandes bu klubla anlaşdı

13:09

“Difai”də yeni baş məşqçi

13:00

"Səbail" baş məşqçi ilə vidalaşdı - RƏSMİ

12:50

"Sabah"dan ayrılan legioner bu klubla anlaşdı

12:29

Ronaldonun 10 oyunluq uğursuzluğu

12:02

Bölgə klubundan transfer

11:38

"Qarabağ"ın rəqibi qalib gəldi

11:19

DÇ-2026: İkinci tura start verilir

11:01

Sarayevoda altı medal

10:49

"Real"ın transferdən qazancı

10:28

“Qarabağ”ı yox, “Omoniya”nı seçir

10:01

Kevin Medina: "Həyatımda iz qoyan bir klubla vidalaşıram"

09:38

Fransa klubunun baş məşqçisi vəfat etdi

09:15

DÇ-2026: Kolumbiya qələbə ilə başladı

09:00

DÇ-2026: Roderik Miller ehtiyatda qaldı, Qana qalib gəldi

00:36

Portuqaliya - Konqo matçının ən yaxşısı bəlli oldu

23:56

"Neftçi" klubu Orlean mərhələsinin çempionu olub

23:33

Meksika millisinin üzvü karyerasını sonlandıracaq

22:58

DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı

22:28

Dünya kuboku: Beş boksçumuz 1/4, biri 1/2 finalda

21:54

“Səbail”də yeni təyinat - RƏSMİ

21:33

“Feyenoord”un yeni baş məşqçisi bəlli oldu

20:55

Vernidubun “Neftçi”si “Dinamo” səddini rahatlıqla aşa bilər - YAZI

20:47

I Liqa klubu heyətini yeni oyunçu ilə gücləndirib

20:44

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

19:30

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

19:11

Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

18:44

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

18:11

“Şəfa” onunla bağlı qərarını verdi - RƏSMİ

18:00

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıda bilər

17:40

Milli üzvü bölgə klubunda

17:17

"Sabah" və "Qarabağ" I mərhələdə uduzsa...

16:50

Saxta futbol forması müsadirə olundu

16:32

Konfrans Liqası: "Zirə"nin növbəti rəqibi bəlli oldu

16:22

"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibinə rəqib oldu

15:49

İspaniya klubunun futbolçusu vəfat etdi

15:36

Medina "Qarabağ"dan getdi - RƏSMİ

15:10

“Qarabağ”ın potensial rəqibləri bilindi

14:52

Yeddi atletimiz Balkan çempionatında

14:29

17 cüdoçumuz "Böyük Dəbilqə"də

14:11

"Sabah"ın potensial rəqibləri bəlli oldu

13:49

Bernardo Silva rəsmən “Real”da

13:30

Neymar 5-ci dəfə ata oldu

13:03

Kapitan Messi haqqında: "Onu bağlamağa çalışdıq, amma bacarmadıq"

12:51

Portuqaliyalı futbolçu ilk oyunu buraxacaq

12:28

"Atletiko" İngiltərə klubu ilə razılığa gəldi

12:02

DÇ-2026: Günün oyunları

11:48

Təmsilçimizdən gümüş medal

11:33

Millimizin futbolçusu Rumıniya klubunda - RƏSMİ

11:11

PSJ-dən "Mançester Siti"yə

10:58

"Qarabağ" üçün növbəti püşk

10:35

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:23

"Sabah"ın növbəti rəqibi hansı komanda olacaq?

10:09

DÇ-2026: Avstriyadan inamlı qələbə

09:55

Messidən növbəti rekord

09:38

UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün bəlli olacaq

09:04

Messinin het-triki Argentinaya qələbə qazandırdı

08:30

Norveçdən darmadağın

03:00

Fransa dünya çempionatında Seneqalı məğlub edib

23:58

“Milan”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:35

“Şamaxı”dan ayrıldı - I LİQA KLUBUNA KEÇDİ

22:57

Paraatletimiz Beynəlxalq Qran-Prinin gümüş medalını qazanıb

22:24

"Zirə"nin də bəxti gətirdi - YAZI

21:39

3 boksçumuz Dünya Kubokunda mərhələ adlayıb

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”