14:05 11.04.2025 606

Rövşən Nəcəfdən səmimi etiraf: "1 sponsorla futbolu inkişaf etdirmək olmaz" - MÜSAHİBƏ

AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib.

Sport1.az xəbər verir ki, federasiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

- Bir ildə gördüyünüz işlərdən razısız?
- Əldə olunan nəticələr böyükdür. Amma daha çoxunu istəyərdik.

- Kadr islahatları istəyirsiz. Bu, idarəetmə ilə bağlıdır?
- Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər görməliyik. Kadr islahalatları kiminsə vəzifəyə gəlməsi, getməsi deyil. Peşəkar kadrların inkişaf etdirilməsinin üzərində işləməliyik. Təlimçi, psixoloq, həkim, hamısı. İstənilən hədəflərə çatmaqda lazım olan əməkdaşlara qapımız açıqdır. AFFA-da da təbii prosesdir. Kimsə gəlir, kimsə gedir. Kütləvi ixtisarlar planı yoxdur. Yolumuzda irəliləyərkən lazım olan əməkdaşları cəlb edəcəyik.

- Uşaq futbolu ən böyük problemlərimizdəndir. Süni örtükdə zədələr çoxdur. Qlobal problemi həll etmək üçün böyük vəsait lazımdır. Bu yöndə hansısa işlərə başlanılıb?
- Bəli, uşaq futbolu, regionlarda futbolun inkişafı, süni meydançların təbii örtüklərlə əvəzlənməsi lazımdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Yalnız AFFA-nın vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmur. Özəl sponsorların futbola cəlb edilməsi istiqamətində işlər aparılır. Yalnız AFFA-nın hesabına istədiyimiz işləri həyata keçirmək çətin olacaq.

- "Karvan" və "İmişli" Premyer Liqaya yüksəldikdən sonra Bakıya sığınsalar, vəziyyət necə olacaq?
- Bir il möhlət verilməsi qərara alınıb. Yarış başa çatmayıb. Klubların adını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Regionlarla bağlı, çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Öz vəsaiti ilə gələn özəl investerlor var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhvə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir.

- Legioner limiti ləğv olunduqdan sonra millinin nəticələrinin daha pis olacağına dair narahatlıqlar var. Siz necə düşünürsünüz?
- Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox çey asılıdır. Avropa çempionatının seçmə mərhələsində 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötbətər turnirlərin final mərhələsində oynasın. Əvvəlki dövrlərdə də düşünmürəm ki, uğur adlandıracağımız nəticələr var idi.

- Uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcək?
- Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi. Rəqabətli cavan komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçab nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər komandanı necə hazırladığını görmək üçün iştirakı olsun. Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı.

- Klublar hakimlikdən narazıdır. De Belekerin fəaliyyətindən razısız?
- Ekosistemin inkişafına ehtiyac var. Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı eksperltəri cəlb edirlər. Amma yenə də səhvlər var. 2 FIFA referimiz var, 4-ə yüksəltmək isyəyirik. İşlər aparırılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər büyün matçlarda xətasız olsun. Təəssüf ki, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır.

- İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın heç bir rəsmisi açıqlama vermir. AFFA mətbuatdan niyə kənar qaçır?
- Razı deyiləm. Sərxan müəllim və Cahangir müəllim media önünə çıxır. Belə təəssürat yaranırsa, demək ki, nəyisə kifayət qədər etmirik. Media ilə görüşləri plana salarıq. Baş məşqçi də media ilə əlaqədə olur. Belə təəssürat varsa, nəyisə düzgün etmirik. İşləyərik bu istiqamətdə.

- Futbolçuların hərbi xidmət məsələsi necə həll oluna bilər? "Dinamo" bununla bağlı AFFA-ya müracitə edib, amma quruç susur... Onlara maddi-texniki dəstəyin verilməsi nəzərdə tutulub?
- Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçirirk.

- "Barselona"nın Bakıda akademiya açmaq istəyi var. AFFA-nın burada rolu var?
- Layihəyə başlammışdan əvvəl "Barseloa"nın prezidenti Bakıya iki dəfə səfər edib. Hər iki tərəfin burada nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiyasının təcrübəsini burada reallaşdırmaqdır. Özəl partnoyrların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamısına açıqdır.

- Azərbaycan futbolunda problemlər çoxdur. Bunların fonunda sizcə millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var?
- Məşqçi seçimində milliyyətdən daha çox, töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. U-21 millisinin baş məşqçisi Ayxan ABbasovla müqavilə imzalananda onunla danışdıq və bildik ki, klubdakı və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.

- UEFA ilə münasibətləriniz necədir? Orada nümayəndəmiz yoxdur.. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gərirmək, UEFA ilə bir daha danışmaq mümkündür?
- Həm UEFA, həm FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxlalq təşkilatlarda azərbaycanlıların olmasını istərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, sonra beynəlxalq qurumlarda vəzifələrə keçsinlər. Nurlan İbrahimovla bağlı UEFA-nın standartlarına, qaydalarına uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarımızla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərə tutulubsa, bir şəxsə görə dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.

- Növbəti mövsümdə klublara edilən maliyyə yardımı artırılacaq?
- Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyəyyədən asılıdır. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyə öyrənməlidir.

- Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? Qurban müəllim İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır.
- Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

22:24

“Araz-Naxçıvan”ın məşqçisi: “Qalib gəlmək istəyirdik”

21:56

Lider “Zirə” ilə bacarmadı, “Neftçi” turu 3 xalla başa vurdu - YENİLƏNİB

21:27

Dambrauskas: “Zirə” bura 1 xal üçün gəlmişdi”

20:55

Rəşad Sadıqov: "Sabah"la oyunda qazanılan hər xal dəyərlidir”

20:12

Millimizin heyəti açıqlanıb

19:44

İngiltərə millisinin üzvü “Bavariya”nın radarında

19:18

Ayxan Abbasov: “İlk dəfədir çalışdığım klubdan rahat gedirəm”

18:47

Qurban Qurbanov: “Heyəti gücləndirməyə ehtiyacımız var”

18:22

Yevgeni Kukseviçin: “Fərdi səhvlər üzərində işləməliyik”

18:18

Emrelinin komandası qalib gəldi

17:41

Azərbaycanlı döyüşçü İsveçdə qələbəyə sevindi

17:05

Robert Levandovski yayda "Barselona"dan ayrılacaq

16:18

Azərbaycan millisi yenə Gürcüstana uduzdu

16:09

Azərbaycan təmsilçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər

15:48

“Real”la matç öncəsi “Bavariya”da - ŞOK İTKİ

15:26

Martinelli "Arsenal"da qalmaq istəyir

15:04

"Aston Villa"nın futbolçusu "Bavariya"da çıxış edə bilər

14:42

Bu futbolçu Premyer Liqada klubunu dəyişə bilər

14:31

Bremer "Yuventus"dan ayrılır?

14:06

"Mançester Siti" və "Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu

13:40

"Napoli" 18 yaşlı vinger üçün hərəkətə keçəcək

13:20

Almaniya klubu "Liverpul"dan 100 milyon avro tələb edir

13:04

Türkiyə nəhənglərinin borcu açıqlandı

12:46

İtaliya millisinin yeni baş məşqçisi açıqlandı

12:25

PSJ Enrike ilə müqaviləni uzadır

12:03

"Barselona"ya rədd cavabı verdi

11:50

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

11:28

"Bavariya" yayda yeni qapıçı transfer edəcək

10:58

Azərbaycan millisinin toplanışına görə bu oyunlar təxirə salındı

10:25

Azarkeş oyun başa çatdıqdan sonra öldü

10:08

Arbeloadan 21-ci əsrin antirekordu

09:48

"İnter"də zədə şoku - kapitan sıradan çıxdı

09:37

"Mançester Siti"nin transfer etmək istədiyi daha bir futbolçu bəlli oldu

08:54

“L”Equipe” məlumat yaydı: "Qarabağ" bu futbolçusu ilə yolları ayırır

00:42

“Tottenhem”də ciddi itki

23:52

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçiriləcək

22:55

“Grand Prix” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib

22:18

"Real" fransalı baş məşqçini postuna gətirmək istəyir

21:48

ÇL: “Sabah” Serbiya klubuna uduzub

21:16

İtaliyalı qolkiper daha bir il “Siti”də

20:02

"Real"ın 3 futbolçusu zədəsini sağaldıb

19:32

"Üzməyi Öyrənək" layihəsi üzrə məşqçi seminarı yekunlaşıb

18:54

Füzuli Məmmədov: “Hesab daha böyük də ola bilərdi”

18:21

Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm“

18:10

Spaletti daha 2 il “Yuventus”da - RƏSMİ

17:26

Yevlaxda şok nəticə: "Karvan Yevlax" "Kəpəz"i 4 qolla məğlub etdi - YENİLƏNİB

17:14

Millinin məşqçisi 50 yaşında vəfat etdi

16:29

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda mübarizə aparacaqlar

16:09

Azərbaycan Voleybol Federasiyasında məşqçi kursu başa çatdı

15:41

"Atletiko" "Atalanta"ya 40 milyon avro ödəməyə hazırdır

15:29

18 yaşlı oyunçu "Çelsi"nin radarına düşüb - Transfer qiyməti 50 milyon avrodur

15:07

Tanınmış futbolçu Türkiyə klubları arasında seçim edəcək?

14:41

AFFA-da UEFA-nın məşqçi kursunun son mərhələsi başa çatdı

14:29

Azərbaycanlı idmançılar Türkiyədəki beynəlxalq yarışda mübarizə aparacaqlar

14:05

"Kəpəz"in futbolçusu əməliyyat olundu - FOTO

13:46

"Neftçi"nin sabiq futbolçusunun yeni klubu bilindi

13:23

Fernandu Santuşdan yeni xəbər var - bu ölkənin millisini çalışdıra bilər

13:03

"Qalatasaray"ın Vircil van Deyk arzusu

12:34

"Samir Abasov məktəbi"ni layiqincə davam etdirən Saşa İliç - YAZI

12:29

AFFA I və II Liqa klublarına cəzalar "yağdırdı"

12:12

"Barselona"nın ulduzu bu kluba təklif olundu

11:48

"Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər" - Millinin futzalçısı

11:29

"Liverpul" Salahın əvəzləyicisi kimi bu futbolçunu hədəfə aldı

11:06

"Arsenal" baş məşqçisi ilə yola davam etməyi düşünür

10:47

Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər

10:21

"Liverpul"un futbolçusu mövsümün sonunda klubu tərk edəcək - RƏSMİ

10:09

Bu stadion Mirça Luçeskunun adını daşıyacaq

09:25

UEFA-dan "Barselona" - "Atletiko" matçının hakiminə sərt cəza

09:09

"Araz-Naxçıvan"la oyundan öncə "Neftçi" bu xəbərə sevindi

00:59

UEFA Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb - YENİLƏNİB