15:02 23.02.2026 135

"Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək" – Qurban Qurbanov

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə "Nyukasl"ın qonağı olacaq.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Cavab oyununa gedirik. Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pid deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".


- İlk matçın ikinci hissəsində daha yaxşı oynadız. Beşli müdafiəyə keçdikdən sonra belə oldu. Bu sistemi "Nyukas"la səfər matçında və ya qarşıdakı matçlarda yenə də görə bilərik?


- Hazırda gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Onların düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür. Hansısa oyunlarda ola bilər, amma gələcəkdə belə sistemdə oynayacağıq deyə, fikrim yoxdur. Amma ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.


- Açıq məşq və mətbuat konfransı Bakıda oldu. Hazırlıq planının bu cür olması nə ilə bağlıdır?


- Belə hallar bizdə olub. Bərpa üçün daha çox vaxt lazım idi, buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq.


- Bəhlul Mustafazadə zədəlidir, Sami Mmae oynamadı. İndiki məqamda Sami niyə ümidləri doğrultmadı? Qarşıdakı üç ayda mərkəz müdafiəsi məsələsi sizi nə dərəcədə qayğılandırır?


- Ola bilər ki, düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanaycağıq. Hazır olanları meydanda görə biləcəyik.


- Sami Mmaenin əvəzedici heyətə göndərilməsinin səbəbi nədir?


- İdman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə olub. 


- Toral Bayramovun "Nyukasl"la Bakıdakı matçda gülməsi çox müzakirə edildi. Tədbir görüldü onunla bağlı?


- Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib.


- "Neftçi" ilə matç "Nyukasl"la oyunun fonunda yenidən gündəmə gəlib...


- İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından "Neftçi"yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. "Nefçti"yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, "Nyukasl"la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək "Qarabağ" yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. "Nyukasl" illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma "Neftçi" rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, "Neftçi" buna razılıq verdi.


- Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Qubadakı qapıların birinin ölçüsü digərindən 11 sm yüksəkdir. Bu haqda nə deyəcəksiz?


- Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib(gülür). "No comment", fikir bildirməyəcəm.


- Zədədən sonra Bəhlulun psixoloji durumu necədir?


- Yaxşı deyil, çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.


- Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir?


- Hər mövqeyə baxış keçiririk. Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik.Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq.


- Düşünmək olar ki, "Nyukasl"ı keçmək real görünmədiyi üçün dərinlikdə daha çox "Sabah"la oyunu düşünürsüz?


- İnanın ki, fikrimdə "Nyukasl"la görüşdür. "Sabah"la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yönəldiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz "Nyukasl"la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq.


- "Qarabağ" bu mövsüm çox uğurlu çıxış etdi və tələblər artacaq. Bu haqda fikriniz necədir?


- Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur.Dayanamaq olmaz. Həmişə önə pozitiv baxmalıyıq ki, minimum əldə etdiyimizi qoruyub-saxlayaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

17:26

Azərbaycanın minifutbol millisinin Avropa Çempionatına yollanacağı heyət

17:25

"Qarabağ" milli üzvü ilə sağollaşdı - ŞOK VİDA

17:14

Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satıldı

16:56

Saşa İliçdən ayrılıq mesajı - FOTO

16:23

Premyer Liqa uğrunda pley-off matçının təyinatları açıqlandı

15:48

I Liqanın bombardiri mükafatlandırıldı

15:14

"Araz-Naxzçıvan" bu futbolçu ilə müqavilənin müddətini uzatdı

15:07

Elxan Səmədov Coy-Lens Mikelsə xüsusi hədiyyə təqdim etdi

14:40

"Şamaxı" qol silahı ilə vidalaşdı - RƏSMİ

14:24

Tanınmış qapıçı karyerasını başa vurdu

14:03

Azərbaycanda işləmiş məşqçinin yeni klubu müəyyənləşdi

13:51

“Fənərbağça” Salah üçün hərəkətə keçdi: 20 milyon avroluq təklif

13:43

"Araz-Naxçıvan" Əfran İsmayılovla yolları ayırdı

13:39

Azərbaycan millisində məşqçi ayrılığı

13:07

UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanan bütün klublar

12:45

Qılıncoynadanlarımız Dünya Kubokunda 6-cı oldular

12:20

"Kəpəz" bu futbolçu ilə müqavilənin müddətini uzatdı - RƏSMİ

12:10

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu - VİDEO

11:45

Baş məşqçi Nərimana şans vermədi

11:27

"Formula 1" üzrə Kanada Qran-prisinin qalibi oldu

11:02

Azərbaycan millisi Qəbələdə hazırlıq keçəcək

10:57

"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər

10:24

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqladı

10:13

“Real Madrid” 10 futbolçusunu sata bilər

09:53

XXIX beynəlxalq memorialda sonuncu yarış gününün nəticələri açıqlandı

09:27

Bruno Fernandes qol ötürmələrinin sayına görə rekord müəyyənləşdirdi

09:05

Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri oldu

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı