Çempionlar Liqası / Manşet
16:08
31.07.2025
74
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Şelburn"u məğlub etdi - 1:0.
Matçdan sonra Ağdam təmsilçisinin üzvü Emmanuel Addai qarşılaşma ilə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"İnanılmaz oyun oldu. Hər iki tərəf də çox yaxşı çıxış etdi. Xüsusilə mənim komandam. Məşqçimizin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirərək qalib gəldik. Sonrakı oyunlarda da konsentrasiyamızı itirməməliyik. Eyni qaydada davam etməliyik".
Qanalı futbolçu bu mövsümkü hədəflərindən də danışdı:
"Qələbə qazanmaq, komandamla birgə irəliləmək və əldə etməli olduğumuz uğurlar üçün çalışmaq əsas istəyimdir. Çempionlar Liqasında əsas mərhələdə çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Çünki, bura hamımızın arzuladığı bir yerdir."
EMİN ZEYNALLI
Sport1.az