UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah" "Çelye"yə məğlub oldu - 2:3."Bayquşlar"ın üzvü Coy-Lens Mikels matçla bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. "Çelye" yaxşı kollektivə malikdir. Topa sahib olma cəhətdən əla göstəriciləri var. 2 dəfə hesabda önə keçsək də, təəssüf ki, məğlub olduq. Bu, futboldur. Hər an hər şey ola bilər. Son dəqiqədə buraxdığımiz qola görə məyus olsaq da, növbəti matçda hadisələrin bizim üçün yaxşı cərəyan edəcəyinə inanıram. Çox yaxşı hücum futbolu oynayırıq. Bu cür oyun tərzi bizi cavab matçı üçün daha da ümidləndirir. Düşünürəm ki, növbəti görüşdə qələbə qazanaraq bu məsələni tamamilə həll edəcəyik".EMİN ZEYNALLI
Sport1.az